Qlobal sorğu şirkəti “Ipsos” 25 ölkədə 18 min 503 nəfər arasında sorğu təşkil edib.


Facemark.az xəbər verir ki, şirkətin apardığı sorğunun nəticələrinə görə, qlobal miqyasda istehlakçıların yarısı öz markalarını qiyməti daha yüksək olsa da belə, keyfiyyətli məhsul ilə dəyişməyə hazırdırlar.


Sorğu iştirakçıları “iki marka arasında qiyməti yüksək olsa belə, keyfiyyətli olduğuna inandığımı seçərəm” cümləsi ilə razılaşdıqlarını 1-5 xal ilə qiymətləndiriblər. Qiymətləndirmədə 5 xal “tamamilə razıyam”, 1 xal isə “razı deyiləm” mənasına gəlib. Bu sorğunun nəticələrinə, əsasən istehlakçıların 18%-i 5 xal, 28%-i 4 xal verib.


Bu, qiymətləndirmədən belə qənaətə gəlmək olar ki, qlobal istehlakçıların 46%-i məhsul bahalı olsa da belə, keyfiyyətli olduqlarına əmin olduqları markanı seçməyə hazırdırlar.


Bir məhsulu seçərkən öncə keyfiyyət önəmli olmalıdır. Daha sonra isə həmin məhsula çəkilən xərclərdən asılı olaraq yaranan qiymətə diqqət edilməlidir.



İstehlakçılar bir məhsulu alarkən bu iki mövhumu qarşılaşdırır və “Bu keyfiyyətdə bir məhsul bu qiymətə alınır mı?”, ya da “Bu qədər pul bu keyfiyyətdə bir şey üçün verilir mi?” kimi suallar verərək məhsulu alıb almamaya qərar verirlər.


Misal olaraq: Kompüter almaq istəyirsiniz və bazar araşdırması edirsiniz. Sizin üçün eyni keyfiyyətdə olduğunu bildiyiniz iki məhsuldan qiyməti aşağı olan hər zaman daha cəlbedici gələcək və sizin üçün daha dəyərli bir məhsul halına gələcəkdir.Yəni, nəticədə onu seçəcəksiniz. Amma bəzi hallarda keyfiyyət dəyərləndirməsi etmədən birbaşa qiymətə fokuslanıb və qiyməti aşağı olana üstünlük verirlər.


“Nə qədər bahalı olsa da, gələn dəfə keyfiyyətli olanı alacam!” desək də istehlakçıların qiymətə olan həssaslığı çox zaman keyfiyyətə olan həssaslığından daha çox olmuşdur.



Əvvələr istehlakçılara qiymətin aşağı olması cəlbedici gəlirdi. Lakin bugünkü dövrdə vəziyyət sürətlə dəyişməkdədir. Artıq istehlakçılar keyfiyyəti axtarır və daha keyfiyyətli olana daha çox pul verməyə hazırdılar. Çünki artıq şüurlu istehlakçı dərk edir ki, həm keyfiyyətli məhsul, həm də bu məhsulu ucuza almaq çox rastlanan hal deyil. Xərc artdıqca məhsulun keyfiyyəti də bir o qədər artacaq, xərc azalanda isə məhsulun keyfiyyəti düşəcək.


Bəzən də brend markalar istehlakçının inamından istifadə edərək baha qiymətə aşağı keyfiyyətli məhsul satır. Bu da istehlakçıların inamını itirərək, marka imicini gözdən salır. Burdan da bu nəticəyə gəlmək olar ki, hər brend keyfiyyətli olmaya da bilər. Ona görə də, markadan, qiymətdən çox keyfiyyətə önəm verilməlidir. Beləliklə siz məhsulu uzun müddət istifadə edərək, pulunuza qənaət etmiş olacaqsınız.


Mənbə:


https://sezencakirkaya.wordpress.com/2011/12/23/kalite-mi-onemli-paraniz-mi/


https://www.fatbit.com/fab/online-businesses-must-choose-quality-pricing/