“Coca-Cola Company” “Lemon-Do” markası adı altında birinci alkoqollu içkisini bazara təqdim edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, markanı bazara təqdim etməklə şirkət yeni auditoriyanı öyrənmək istəyir. Son zamanlar “Chu-Hi” (shochu highball) kimi az alkoqollu içkilər gənclər, xüsusilə qızlar arasında populyardır.


Adətən onlar yerli spirt içkisindən və müxtəlif meyvə əlavələrindin ibarətdir.


Sitruslu kokteyllər daha yaxşı satılır, buna görə də “Coca-Cola Company” yeni məhsula limon dadı əlavə edib.


“Lemon-Do” alüminium qablarda bazara buraxılır və tərkibində 3%, 5%, 7% spirt var. “Japan Times” yazıb ki, şirkət digər bazarlarda adıçəkilən məhsulun buraxılmasını planlaşdırmır.




Ekspertlər güman edir ki, “Coca-Cola Company” Yaponiya bazarında alkoqollu içkilər istehsal edən şirkətlərlə ciddi rəqabətə girməli olacaq. Belə ki, bazarda alkoqollu içkilər istehsal edən nəhəng şirkətlər (“Suntory”, “Kirin” və “Asahi Group” kimi) mövcuddur.


Məşhur aktyor Xirosi Abe markanın yeni qlobal reklam siması seçilib.Çarxların yeni seriyasında markanın tərkibinə daxil olan məhsulların təzəliyi və ölkənin mədəniyyəti əks olunub.




Qeyd edək ki, “Coca-Cola Company” 125 illik tarixi boyunca ancaq alkoqolsuz içkilərin istehsalı üzrə ixtisaslaşıb. Amma ilk dəfə idi ki, şirkət özünü alkoqollu içkilər bazarında da sınamağa qərar verib.