“Facebook” sosial şəbəkəsi “Marketplace” ticarət platformasının əsasında təmir işlərini həyata keçirəcək santexnik, elektrik və s. ustaların axtarışı üçün yeni xidmət buraxıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkənin xəbərində bildirilib ki, yeni xidmətdən hələ ki, yalnız ABŞ sakinləri istifadə edə biləcək.
“Facebook” yeni layihəsi çərçivəsində minlərlə peşəkar podratçı bazasına malik olan “Handy”, “HomeAdvisor” və “Porch” şirkətləri ilə əməkdaşlıq edir.
“Facebook”dan isə izah ediblər ki, ABŞ sakinləri arasında qeyd olunan xidmətlərə tələbat yüksəkdir. Nəticədə təmir işlərini həyata keçirən ustaların axtarışı üzrə yeni xidmət yaradılıb.
Oxşar xidməti ABŞ-da daha əvvəllər “Amazon Home Services və Angies List” şirkəti həyata keçirib. Rusiyada analoji xidmətdən faydalanmaq üçün “YouDo” platformasına baş çəkə bilərsiniz. “Facebook”dan isə yeni xidmətin digər ölkələrdə nə vaxt əlçatan olacağı ilə bağlı isə məlumat verilməyib.
