“Facebook”da audio mesajlar yerləşdirmək mümkün olacaq.
Facemark.az xəbər verir ki, bu barədə “Digital Trends” məlumat verir.
Səsli mesajlar rəngli arxa fonda səsləndiriləcək. Həmçinin, istifadəçilər postlara şəkil və etiketlər əlavə edə biləcəklər. Funksiya, həmçinin podkast müəlliflərinə faydalı olacaq. Yeni funksiya başlanğıcda test rejimində, yalnız Hindistandan olan istifadəçilər üçün əlçatan olacaq.
Qeyd edək ki, keçən həftə bildirildi ki, bu il “Vkontakte” podkast platforması buraxacaq. Müəllifə podkasta qulaq asanların ümumi statistikası da əlçatan olacaq.