2008-ci ildən bu yana, artıq 10 ildir ki, “Vodafone”un baş icraçı direktoru vəzifəsini tutan Vittoria Colao oktyabr ayında vəzifəsindən gedəcəyini açıqlayıb.
Facemark.az xəbər verir ki, adıçəkilən vəzifəyə 2014-cü ildən bu yana şirkətin maliyyə direktoru vəzifəsini tutan Nick Read gətiriləcək.
Şirkətin maliyyə direktoru vəzifəsini isə Nick Readin köməkçisi Margherita Della Valle dolduracaq.
Hazırki maliyyə direktoru vəzifəsini tutan, Nick Read “Vodefone”un Afrika və Qətərdəki əməliyyatlarını idarə edib. O, həmçinin şirkətin Hindistan, Misir, Avstraliyadakı ortaq layihələrin idarəetməsində yer alıb.
Read yeni vəzifə dəyişikliyi ilə bağlı deyib ki, “Orqanik planımıza, işimizi rəqəmsallaşdırmağa və müştəri təcrübəsini artırmağa yönəlməyin tam vaxtıdır”.
“Vodafone” Qrup Başçısı Gerard Kleisterlee, “İdarə Heyəti adından Vittorioya misilsiz işləri üçün təşəkkürümüzü bildiririk. “O, qlobalda baş verən dəyişiklikləri izləyən nümunəvi lider və strateji vizyonerdir.
Nick, Vittorio ilə birlikdə “Vodafone Grup”un beynəlxalq əməliyyat və ticari liderliyini dünya standartlarındakı maliyyə zəkası ilə birləşdirən strategiyanın ortaq memarı oldu. “Vodafone”un Qrup Baş İcraçı direktoru olaraq Nickin təcrübələrindən böyük miqyasda faydalanacağına əminəm”.

