Məncə, “Apple”ın lüks marka olduğunu müzakirə etməyə lüzum yoxdur. Hekayəsi və məhsulları ilə bir çox yazıya, akademik işə mövzu olan çox önəmli markadır. Markanın təsisçisi Stiv Cobs üçün də eyni şeyləri söyləmək olar. O, bir çox insana ilham verib, danışdıqları viral olaraq paylaşılıb, özündən bəhs edən kitablar minlərlə şəxs tərəfindən oxunub.


Stiv Cobs vəfat etdikdən sonra, “Apple” firmasının gələcəyinin necə olacağı çox müzakirə olunub. Pessimist və neqativ bir çox şərhlər edilib. Bəlkə də, hələ də qiymətləndirmə etmək üçün çox tezdir. Kompüter və planşet məhsulları bir yana qoysaq, markanın telefon bazarındakı gələcəyi daha çox müzakirə olunur. “Apple” “ağıllı” telefon bazarında “Samsung” ilə rəqabət içində olub. Eyni zamanda, markanın “kapitan”ının vəfatından sonra, “iPhone” seriyasının hansı strategiya üzrə gedəcəyini təxmin etmək də çətin idi.



Müştərilər hər ilin son baharında fraqmanı edilən yeni model “iPhone”a qarşı həyacanını yavaş-yavaş itirirdi. Amma markanın 10 iliyi ilə bağlı istehsal ediləcək “iPhone” üçün xüsusi gözlənti içində idi. 10 ilə məxsus istehsal ediləcək məhsulun “iPhone” seriyasına olan həyəcanı da geri qaytaracağı güman edilirdi. Fraqmanda birin əvəzinə iki fərqli-iPhone 8, 8 plus ve iPhone X “iPhone” təqdim edildi. “iPhone X”in fraqmanının hazırlanması sadəcə “iPhone”un növbəti seriyalarından biri deyildi. “iPhone X” sübut etməli idi ki, marka Stiv Cobsdan sonra da, populyarlıq və satışlarını davam etdirir. Yəni, “iPhone X”in fraqmanının hazırlanması markanın testi idi.


“iPhone X” face ID (üz tanıma) sistemi ilə bütün diqqəti üzərində cəmləşdirə bilmişdi. Telefonun ekranı böyüdülmüşdü, amma sxemi plus modelləri ilə müqayisədə daha kiçik idi. Ekranda, həmçinin OLED texnologiyasından istifadə edilmişdi. Eyni zamanda, “home” buttonuna bu telefonda yer verilməmişdi. Bundan başqa, məhsulun 999 dollar, 999 sterlinq, 1179 avro və Türkiyə bazarında 6099 Türk lirəsindən başlayan qiymətlərlə satışa çıxarılması istehlakçıda mənfi reaksiya doğurmuşdu. Məhsul, bəlkə də ilk dəfə böyük bir kütlə tərəfindən bahalı hesab edilmişdi. Xatırlatmaq yerinə düşər ki, məhsulun fraqmanında “face ID” funkiyası belə düzgün işləməmişdi. Yalnız “iPhone X”in yenilənməsindən sonra, mövcud problem aradan qaldırılmışdı.


2018-ci ilin ilk rübündə açıqlanan hesabata əsasən, məlum oldu ki, “iPhone 8”in satışları “iPhone X”-i geridə qoyub. (iPhone 8 23%, 8 plus 21%, iPhone X 16%). Görünən odur ki. Müştərilər “iPhone”un yeni nəsil seriyasını mənimsəmə mövzusunda şirkətlə fərqli fikirlərə sahibdilər. Qiymət, istifadə vərdişləri, üz tanıma texnologiyasının etik hesab edilməməsi, saxlanmasına dair qayğıları satışların gözləntilərin aşağısında olmasına səbəb olan amillər sırasına daxildir. Tez-tez “Apple” in “iPhone X”in istehsalını dayandıracağı da müzakirə edilir.



Yenə də yüksək qiymətdən dolayı “iPhone X” “Apple” üçün mənfəətli məhsul olmağı davam etdirir. “Apple” “iPhone X” satışlarında gözləntilərin aşağısında qalib. Bu boşluğu il içində fraqman edəcəkləri yeni modellər ilə doldurmağa çalışacaqlar. “iPhone X” funksiyalarının bir qismini “SE” modellərində görə bilərik. Fakt odur ki, “iPhone” olmasına baxmayaraq, müştəri qiymətə qarşı çox həssaslıq göstərib. “Apple”in satışları artırmağa fokuslana strategiyalarını isə yaxın gələcəkdə təkrar görə bilərik.


Mənbə:


http://www.pazarlamasyon.com/pazarlama/iphone-x-ne-kadar-basarili-oldu/


https://www.forbes.com/sites/ewanspence/2018/03/19/apple-iphone-iphonex-iphonexse-sales-disaster-problem/#481a8770528e


http://fortune.com/2018/04/21/apple-iphone-x-sales-disappointment/


https://www.cnet.com/news/survey-more-people-buying-iphone-8-than-iphone-x/