“Facebook” platforması məhsul və xidmətlərini təhlükəsiz və effektiv şəkildə istifadə etmək üçün gənclərə həsr edilmiş təhsil, ipuçları və tövsiyələrini özündə cəmləşdirən “Gənclik Portal”ını yaratdığını elan edib.


Facemark.az xəbər verir ki, 60 dili əhatə edəcək “Gənclik Portal”ı aşağıdakı mövzuları əhatə edəcək:


Təhsil: Səhifə, qrup, tədbirlər, profil kimi məhsulların təhlükəsiz və ən yaxşı şəkildə istifadə olunmasına dair informasiyalar. Həmçinin, “Facebook”un topladığı informasiyaların növləri və onlardan istifadə olunma qaydaları ilə bağlı məlumatlar paylaşılacaq.


Həmkarların fikirləri: Dünyanın dörd bir tərəfində yaşayan gənclər sizlərə texnologiyadan yeni, yaradıcı, faydalı istifadə etdiklərinə dair öz fikirlərini təqdim edəcəklər.


Təcrübənizin idarə edilməsi üçün məsləhətlət: Bu kateqoriya adı altında sizə kontenti şikayət etməyin yolları, paylaşımlarınızın kimlərin görə biləcəyinə qərar vermək kimi mövzularda ipuçları veriləcək.


Tövsiyələr: Sosial mediadan uzaqlaşmaq istəyirsiniz? Nələr etməlisiniz? İnternetdən ən yaxşı şəkildə necə faydalanmaq olar? Bu suallara “Gənclik Portal”ının tövsiyələr bölməsində əldə edəcəksiniz.


“Facebook” “Gənclik Portal”ını yaratmamışdan öncə İngiltərə, İtaliya, Amerika, Brazilyada gənclərdən ibarət qruplarla müzakirələr edib.


Şirkətin nümayəndələri, həmçinin San-Pauluda təşkil edilən İnternet Günü ilə bağlı seminarlardan, Kanadadakı #WeMatter Gənclik Forumu və Qlobal Təhlükəsizlik Şəbəkəsi Sammiti kimi tədbirlərdən də bilgi və tövsiyələr alıb.


Gənclik Portalına daxil olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz. Linklərə keçid etməklə, həm ingilis, həm türk, həm də rus dilində məlumat alacaqsınız.


https://www.facebook.com/safety/youth


https://www.facebook.com/safety/youth


https://www.facebook.com/safety/youth/facebook-basics


Qeyd edək ki, “Gənclik Portal”ını Azərbaycan dilində də oxumaq mümkün olacaq, amma hazırda dövlət dilimiz adıçəkilən portalda dəstəklənmir.