Son aylarda sektorda ən çox danışdığımız mövzu “Amazon”un Türkiyədə əməliyyatlara başlamasıdır. İlkin mənbələrin ağızından çıxan kəlimələrə, əsasən “Amazon” Türkiyə bazarına iyulda gələcək. Bəs, “Amazon”un qonşu ölkənin (Türkiyə) bazarına daxil olması nə üçün bu qədər müzakirə olunur?


Bəsit şəkildə izah edək ki, “Amazon” sadəcə e-ticarət saytı deyil. Şirkətin loqosuna da baxdıqda başa düşülür ki, “Amazon” A-dan Z-yə hər şeyi satan (malların çeşidliyinin zənginliyi) platformanın fövqündə dayanır. Şirkət son texnoloji yenilikləri mənimsəmiş, onu müştərilər ilə olan münasibətlərində də tətbiq etmişdir. Loqistikadan satış sonrası təcrübəsinə qədər təklif etdiyi standart xidmət keyfiyyəti adətən dosta güvən, düşmənə qorxu verən cinsdəndir.



Yerli oyunçuları bu gəliş xəbəri uzun zamandır gözardı etdikləri xidmətlərinə yenilik etməyə şövq edib. Bu yaxşı xəbərdir! Məncə, sektor olaraq öncə bunu hesaba qatmalıyıq. Aldığımız xəbərlərə görə, “Amazon”u uzun müddətdir izlədiyi Türkiyə bazarı üçün əsl hədəfi illərdir toplam alış-veriş tortundan aldığı 3-4%-lik dilimdən o tərəfə getməyən e-ticarətin tortdakı payını 10%-ə çıxartmaqdır.


Yəni, “Amazon” bazarda kimsənin paylaşmadığı 3%-ə deyil, potensial 7%-ə talibdir. Bəs, dünyanın gördüyü bu potensial 7% necə oldu da ortaya çıxmadı? E-ticarətin oyunçuları harda səhv etdilər ki, illər uzunu bazar yerində saydı? Nələrisə düzəltmək, ya da standartlaşdırmaq üçün mütləq “Amazon”un bazara gəlməsi lazım idi? Suallar çoxdur. Bu suallara cavab axtarmaq hələ qarşıdakı günlərdə də vaxtımızı alacaq.


E-ticarətdə uğurun sirri: Eyni şəxsə ikinci dəfə o məhsulu sata bilmək


byGo-nun təsisçisi Olcay Özkan bu günlərdə byGo ilə e-ticarətdə bəzi yeni standartlar ortaya qoymağa başlayır. byGo-nun Texas ştatından Honk-Konqa qədər bir çox yerdə müştərisi var. Təsisçinin hədəfi odur ki, 2019-cu ildə şirkət öz sektorunda ilk 3 sayt arasında daxil olsun. Olcay Özkan qlobalda baş verən bütün proseslərdən xəbərdardır. Təsisçi, “Amazon”un Türkiyə bazarına daxil olmasını bu cür qiymətləndirir:


“Türkiyədə “Amazon”un necə bir strategiya xətti tutacağını söyləmək çətindir. Amma əminəm ki, şirkət bazarda bəzi qaydaları dəyişdirəcək. Şirkətin bazara gəlişi loqistika mövzusunda fürsəti dəyərləndirməyən və uğursuz xidmət verən bir çox kompaniyalara da dərs olacaq. Təbii ki, bu işlər elə də asan deyil. Türk müştərisi çox çətin müştəridir. Biz dünyanın ən çətin müştəri kütləsini yetişdirdik. İnanıram ki, “Amazon” bu vəziyyəti də öz xeyirlərinə doğru dəyişəcək. Amma yenə də xatırladım ki, işləri heç də asan olmayacaq”.



Bizim e-ticarətimizdə dünən mərkəzdədir


Olcay Özkanın fikirincə, dünənə fokuslanan e-ticarət, sadəcə qiymətə fokuslanmış şirkətlər bazara ciddi zərbə vurur. “Məncə, ən önəmli mövzulardan biri satış sonrası xidmətlərin zəifliyidir. “Hər şey satışa qədərdir” düşüncəsi bizim həyat fəlsəfəmizdir. Bu işi iş olaraq görməyənlərdən dolayı bu kimi problemlər yaranır”, - deyə təsisçi bazardakı problemlərdən danışarkən bildirib.


O, deyib ki, müştəriyə geridönüş mütləq olmalıdır:


“Loqistika, məhsulun keyfiyyəti, ya da məhsulun vəziyyəti önəmli mövzulardır. Amma hamısı həmişə problemdir. Geridönüş olmalıdır, kömək olmalıyıq. Satdıq əla günün qazancını əldə etdik deyirik. Dünən satdıq, bu gün karqo ilə göndərdik bitdi getdi. Sözün qısası vəziyyət budur”.


O, deyib ki, e-ticarət saytları onsuz da var, səbəti satışa çevirmək, hətta eyni şəxsə ikinci dəfə məhsulu satmaq bazardakı uğurun sirridir.


Mənbə: Digitalage.com.tr