Yenilənmiş “Google Lens” kameranın əlavəsində əlçatan olub. Alət real vaxt rejimində obyekt və mətnləri tanıyır və ekrana əlavə informasiyalar çıxarır.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Google”un saytında deyilir.


Hərflərin və kontekstin tanınması nəticəsində alət istifadəçinin restoranda gördüyü yeməyin menyusu üçün açıqlama verə bilər. Həmçinin istifadəçi, “Google Lens” vasitəsilə telefonun kamerası ilə çəkdiyi predmetə oxşarları tapa bilər. Alət obyektləri tanıyır, istifadəçiyə onlara işarə qoymağa icazə verir. Nəticədə istifadəçi, nişanlanmış obyektlər haqqında informasiyalar ala bilir.


“Google Lens” yenilənməsi Android əməliyyat sistemini dəstəkləyən LGE, Motorola, Xiaomi, Sony Mobile, HMD / Nokia, Transsion, TCL, OnePlus, BQ, Asus, Google Pixel telefonlarında əlçatandır.


“Google Lens” funksiyası 2017-ci ildə yaradılıb. “Google Lens” əvvəllər daha az predmenti tanıyırdı və obyektlər haqqında məhdudlaşdırılmış informasiyalar verirdi. “Google Lens” funksiyası obyektləri və nəsnələri tanımağımıza kömək olur. “Google Lens” funksiyasından faydalanmaq üçün “Google” fotolar tətbiqinə gedərək hər-hansı fotonu seçməlisiniz. Seçimlər arasında yer alan Lens düyməsinə klik etdikdən sonra seçdiyiniz foto axtarışa veriləcək. Tətbiq sizə o fotoda yer alan obyektlər haqında informasiya verəcək. Bunun hesabına o fotoda yer alan binanın harada olduğunu, it-pişiyin hansı cinsdən olduğunu və ya buna bənzər bir sıra sualın cavabını tapa biləcəksiniz.