“Apple” markasını genişləndirəcək yeniliyə imza atır. “Goldman Sachs” və “Apple” “Apple Bay” markası adı altında yeni bir kredit kartı çıxarır.


Facemark.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri məlumat yayıb.


“Apple Bay” adlı kredit kartı yalnız növbəti il müştərilərə təqdim ediləcək. “Apple” “Goldman Sachs” ilə əməkdaşlıqdan sonra, layihələr üçün mükafat kartı mövzusunda “Barclays PLC” ilə uzun müddətdir ki, davam edən əməkdaşlığını da sona çatdıracaq.


Ekspertlər isə “Apple”in belə bir addım atmasına səbəb kimi “IPhone” satışlarının aşağı düşməsi, şirkətin maliyyə nəticələrini müsbətə doğru artırmaq istəyindən qaynaqlandığını deyirlər. “Apple Bay”dən başqa, şirkət yeni yaradılacaq “Apple TV” tətbiqi ilə video kontentlərini satacaq. Şirkət “Apple TV” xidmətlərindən gələn gəlirləri 2021-ci ilə qədər ildə 50 milyard dollara çatdırmağı hədəfləyir.


Qeyd edək ki, şirkətin xidmət satışları ötən ilin son rübündə 31% artaraq, rekord həcmə 9,2 milyard dollara çatıb.