Sosial mediada nə qədər effektiv olduğunuzu ölçən “Klout” platforması bağlanır.


Facemark.az xəbər verir ki, “Klout”un sahibi olan “Lithium Technologies” şirkətinin CEO-su Pete Hess deyib ki, “Klout” mayın 25-dən etibarən fəaliyyətini dayandırır. Pete Hess şirkətin bağlanmasına səbəb kimi “Klout”un uzun müddət strategiyasına uyğunlaşa bilmədiyini göstərib.


Hess, “Klout”un süni zəka və mexanika öyrənməsi üsullarından çox şey öyrəndiklərini deyib. Hess, süni zəka və mexanika öyrənməsi investisiyaları ilə müştəri təcrübəsini daha da yaxşılaşdırmağa çalışır. O, yenə “Twitter”i əsas götürən yeni sosial media ölçülmə metodologiyasını işə salacaqlarını sözlərini əlavə edib.


“Klout” “Twitter”in tətbiqlərindən biri kimi ortaya çıxıb


“Klout” 2008-ci ildə Joe Fernandez və Binh Tran tərəfindən əsası qoyulub. Sosial mediada bir nəfərin, ya da qurumun nə qədər populyar olduğunu, kimləri hansı kəlimələr ilə necə təsir etdiyini göstərir. “Klout” ilk dəfə “Twitter”in tətbiqlərindən biri kimi ortaya çıxıb. “Klout”un populyarlığı artdıqca, ölçülmələrdə istifadə olunduğu sosial media saytlarının da sayı artıb. Məsələn, “Facebook”, “YouTube”, “Tumblr”, “Blogger”, “LinkedIn”, “Foursquare”, “Instagram” kimi sosial media platformalarında populyarlıq “Klout”un xalına təsir edib.


“Klout”da 620 milyondan çox şəxs qiymətləndirilib


“Lithium Technologies” “Klout”u 2014-cü ilin martında 200 milyon dollara alıb. “Klout”da istifadə edilən informasiyaların statistikalarına baxanda belə bir mənzərə ilə qarşılaşırıq. Belə ki, “Klout”un saytındakı statistikaya görə, 620 milyondan çox şəxs qiymətləndirilib. Həmçinin, “Klout” saytındakı informasiyaların ölçüsü 200 terabaytı aşıb. “Klout”u istifadə edən qurumların sayı isə 200 mini keçib. Platformaya aylıq 48 mindən çox API (Application Programming Interface - Bir tətbiqin funksiyalarının başqa bir tətbiqdə istifadə edilə bilməsi üçün yaradılan interfeysdir) çağırışı gəlib.


Mənbə: DigitalAge