Mərkəzi Kaliforniyada yerləşən, Amerika Birləşmiş Ştatlarının (ABŞ) beynəlxalq şəbəkə texnologiya şirkəti “Cisco Systems”in marketinq direktoru Karen Walker çərşənbə günü paylaşdığı bloq yazısında şirkətin bütün onlayn reklamları “YouTube”dan götürəcəyini deyib.


Facemark.az xəbər verir ki, məqalədə bildirilir ki, belə bir addımın atılmasına səbəb reklamların həssas məzmunlu kontentlərlə birgə nümayiş olunmasının qarşısını almaq məqsədi daşıyır.


“Reuters” agentliyinin xəbərinə görə, bloq yazısı növbəti gün yayımdan götürülüb. Yazıda qeyd edilib ki, şirkətin reklamlarının “təsadüfən, həssas kontentli canlı video yayımları kimi yanlış yerlərdə çıxması” yaxşı deyil.


Müəllif yazıb ki, ancaq “Cisco”nun rəsmi video kontentləri platformada paylaşılmağa davam edəcək.


“Cisco”nun “həssas” deyə xitab etdiyi və sosial şəbəkələrin bilavasitə canlı yayımlar səbəbilə nəzarətdə saxlaya bilmədiyi kontentlər arasında; cinsi istismar, pedofil, terrorizmə çağırış, işgəncə görüntüləri yer alır.


Ekspertlərin məlumatına görə, “Cisco”nun bu qərarında CNN-nin apreldə yayımladığı hesabatın da təsiri olub. Hesabatda qeyd edilmişdi ki, aralarında “Cisco”nun da olduğu 300-dən çox şirkətin reklamları “YouTube”dakı ekstremest məzmunlu kanallarda yayımlanıb.