“Yahoo” “ağıllı” telefonlarda istifadə edilən mesajlaşma tətbiqinə daha birini əlavə etmək istəyir.


Facemark.az xəbər verir ki, “WhatsApp”, “Facebook Messenger”, “Instagram Direct”, “Telegram” kimi istifadə etdiyimiz mesajlaşma xidmətlərinə yenisi əlavə edilir.


“Yahoo” “Squirrel” adlı mesajlaşma tətbiqi ilə qrup mesajlarına fokuslanmağı hədəfləyir. “Android Police” tərəfindən “Google Play Store”də təsbit edilən “Squirrel”i hazırda dəvət edilən istifadəçilər test edə bilir.


Tətbiqin açıqlama bölümündə, “Qruplar yaradın və istədiyiniz kimi söhbət edin, beləliklə gurultu içində itməkdən xilas olun!” yazılır. Tətbiqdə, söhbət otaqları, şəxsidə danışmaq üçün gizli otaqlar və önəmli mesajların hər kəsə çatdığından əmin olmaq üçün istifadə edilən funksiyaların yer aldığı bildirilir. İstifadəçilər tətbiq vasitəsilə, həmçinin sənəd, link, foto da paylaşa bilir.


Qeyd edək ki, “Squirrel”i test etmək istəyən istifadəçilər squirrel.invite@oath.com adresinə mail ataraq tətbiqdən istifadə edə bilər.


Mənbə: DigitalAge