“Apple” şirkəti məxfilik haqqında qaydalarında dəyişiklik edir. Mağazadan istifadəçilərin razılığı olmadan məlumatlar verən proqramlar silinir.
Facemark.az xəbər verir ki, şirkətin yenilənmiş qaydalarına görə, proqramın istehsalçıları tətbiq barəsində istifadəçiləri məlumatlandırmağa məcbur edilmişdir.
İstifadəçilər tətbiqdən qeydiyyatdan keçən zaman bilməlidirlər ki, onların informasiyalarından necə istifadə olunacaq və necə saxlanılacaq. Məlumatların istifadəçilərin razılığı olmadan ötürülüməsinə “App Store” tam qadağa qoyub.
Yeni qaydalara görə, “App Store” də istisnalar siyahısına düşən tətbiqlər şirkətin yenidən qiymətləndirilməsindən sonra, onlayn mağazada yerləşdirilə bilər.
“Apple” şirkətinin “App Store”də qaydalarda yeniliyə getməsinin səbəbi son günlər məxfilik qaydalarının kəskinləşməsi olub.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində “Facebook” ətrafında “Cambridge Analytica” adlı qalmaqal yaranmışdı. Kompaniya 80 milyondan çox istifadəçinin məlumatlarından icazəsiz istifadə etmişdi.