ABŞ-ın taksi xidməti göstərən “Uber” şirkəti bu həftə ikinci dəfədir ki, ABŞ-ın Los-Anceles şəhərində “uçan taksi” layihəsi ilə bağlı mətbuat konfransı təşkil edib. Konfransda qarşıdakı 10 il içində şəhərlərarası uçması hədəflənən qeyri-adi, drone-helikopterə oxşayan nəqliyyat vasitələrinin konsepti paylaşılıb.
Facemark.az xəbər verir ki, “Uber”in standardlardan kənar olan layihəsinin həyata keçirilməsində faydası olacaq beş firmanın adı da konfrans çərçivəsində elan edilib.
Hava nəqliyyat vasitələrinin istehsalçıları “Embraer” və “Pipistrel Aircraft” bu beş şirkət içində yer alır. Hava nəqliyyat vasitələrinin istehsalına yeni başlayan, kiçik bir investor olan “Karem” də bu layihədə “Uber” ilə birlikdə əməkdaşlıq edəcək.
Mərkəzi ofisi Kaliforniyada yerləşən “Karem”, 48 illik Brazilya istehsalçısı “Embraer” və Sloveniyanın “Pipistrel” şirkətlərindən başqa, “Uber”ə uçan taksi layihəsində dəstək verəcək digər iki firma isə “Boeing Company”ə daxil olan, təsis olunduğundan bu yana 30-dan çox pilotsuz uçuş həyata keçirən “Aurora Flight Sciences” ilə “Textron” şirkətinin bir bölümü olan “Bell”dir. (köhnə adı ilə Bell Helicopters)
Elektrik mühərrikli nəqliyyat vasitəsilə uçuş inkişaf prosesinin hələ də çox əvvəlindədir. Kompaniya “uçan taksi” layihəsini reallaşdırmaq üçün texnoloji, hüquqi, infrastrukturla bağlı problemləri həll etməlidir. Məhz bu problemlər ilə bağlı olaraq “Uber”in yeni layihəsinin onların özlərinin hədəflədiyi vaxtda reallaşıb reallaşmayacağı dəqiq bilinmir.
Mənbə: DigitalAge.com



