Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın “Əgər bir gün millətimiz “tamam” deyərsə, ancaq o zaman biz kənara çəkilərik” sözlərindən qısa bir müddət sonra sosial mediada #TAMAM həştəqi dünya trendlərinin ən üst səviyyəsinə çıxıb.


Facemark.az BBC-yə istinadən xəbər verir ki, bir-neçə saat içində “Twitter”də#TAMAM həştəqi ilə bir milyondan çox tvit atılıb. Ölkənin müxalifət partiyasının nümayəndələri də sosial mediada trendə qoşularaq #TAMAM həştəqi ilə paylaşımlar ediblər.


Prezident Ərdoğanın dəstəkçiləri isə müxalif partiyasının nümayəndələrinə Ərdoğan ilə DEVAM (#DEVAM) həştəqi ilə qarşılıq verib. DEVAM isə qısa müddət ərzində dünya trendləri içərisində üçüncü sıraya çıxıb.