“Instagram”da son yenilikdən sonra, “bilet sifariş et”, “yer bron et”, “sifariş et” düymələri yaradılıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilib. İstifadəçilər bu yenilikləri marka səhifəsi üzərindən tətbiq edə biləcəklər.


“Instagram” bu yeniliyi “Acuity”, “Atom Tickets”, “ChowNow”, “Eatstreet, Eventbrite”, “Fandango”, “GrubHub”, “Reserve”, “Restorando”, “Resy”, “SevenRooms”, “StyleSeat”, “Tock” və “Yelp Reservations” kimi şirkətlər ilə əməkdaşlıq nəticəsində istifadəçilərə təklif edib.


Tezliklə “Appointy”, “Booksy”, “Genbook”, “LaFourchette”, “Mindbody”, “MyTime”, “OpenTable”, “Schedulicity”, “SetMore”, “Shedul” və “Vagaro” kimi şirkətlərinin yeniliyi də “Instagram”dan əldə etmək əlçatan olacaq.



Yenilik, həmçinin biznes profillərində “Instagram”ın direct (birbaşa) mesajlarına da təsir edib. Belə hesabların sahibləri direkt mesaj qutusunda çox vacib mesajlara baxa, müstəqil olaraq istifadəçilər ilə dioloqa başlaya, məktubları filtr edə bilərlər. Birbaşa mesaj qutusunun inkişaf etdirilməsinə səbəb “Instagram” vasitəsilə markalar ilə ünsiyyətə keçmək istəyən müştərilərin sayının artmasıdır.



Sosial şəbəkənin məlumatına görə, hər ay 150 milyondan çox istifadəçi markalarla “Instagram” üzərindən əlaqə saxlayır. Bu hesabların üçdə biri isə “Instagram Stories” üzərindən paylaşılan kampaniyalara reaksiya verir.