“Son məlumata görə, qeydiyyatdan keçmiş 1,8 milyard nəfər hər ay platformanın kontentinə baxırlar. Beləliklə, 10 ay ərzində platformada auditoriyanın sayı 300 milyon nəfər artıb”.


Facemark.az xəbər verir ki, bu sözləri “The Verge”yə açıqlamasında “YouTube”un icraçı direktoru SyuzanVoyjitski deyib.


“YouTube” adıçəkilən statistikanı sonuncu dəfə ötən ilin iyununda elan etmişdi. Həmin dövrdə qeydiyyatdan keçərək, hər ay platformadakı kontenti izləyən istifadəçilərin sayı 1,5 milyard nəfər olub.


Bundan başqa, xanım Voyjitski xidmətin başqa naliyyətləri haqqında da məlumat verib. Onun sözlərinə görə, platformada “Despacito” klipinə rekord sayda-5 milyard, müğənni Beyoncenin “Coachella” festivalında birbaşa yayımına 41 milyon nəfər baxıb.


Qeyd edək ki, 2017-ci ilin başlanğıcında bir çox böyük reklamverən şirkətlər “YouTube” ilə əməkdaşlıq etməkdən imtina etmişdi. Buna səbəb isə, onların reklamlarının ekstremist çarxlarla birgə çıxması olmuşdu. İcraçı direktor bildirib ki, 2018-ci ildə bu problemin qarşısını almaq üçün 10 min moderator işə götürüləcək: “Onlar məzmuna baxacaqlar”.