E-ticarət nəhəngi “Amazon” xüsusi hazırlanmış markalar siyahısına yeni bir məhsul əlavə edib.


Facemark.az xəbər verir ki, kompaniya bundan sonra abunəçilərinə “Wag” adlı ev heyvanları üçün hazırlamış məhsul satacaq.


“Wag” öncə istehsala itlər üçün hazırlanmış quru qida ilə başlayacaq, marka daha sonra məhsullarının siyahısına yenilərini əlavə edəcək.
“Wag” markasının məhsulları kompaniyanın hazırladığı digər məhsullar kimi sadəcə illik abunə haqqı ödəyən “Amazon Prime” üzvləri tərəfindən alına biləcək.


Ev heyvanları üçün məhsullar satan bazar böyüyür



Bazara internetdən ev heyvanları üçün çeşidli qida məhsulları satmaq vərdişini 1998-ci ildə kiçik biznes ilə başlayan “Pets.com” olub.
“American Pet Products Association” (Amerikan ev heyvanları məhsulları üzrə assosasiya) ABŞ-da istehlakçıların bu il ev heyvanları məhsullarına təxminən 30 milyard dollar xərcləməsini proqnozlaşdırır.


Xatırladaq ki, “Amazon” 2009-cu ildə bazara özünün ilk məhsulunu buraxıb. Hazırda isə zərgərlikdən sağlamlıq məhsullarına qədər 70 məhsul qrupu üzrə istehsal davam etdirilir.