Ötən ilin martında “Cambridge Analytica” adlı analtika şirkəti 87 milyon “Facebook” hesabını ələ keçirmişdi. Şirkət bu informasiyaları, həm 2016-ci ildə ABŞ-da təşkil edilən prezident seçiklərində, həm də “Brexit” referendumunda səs verənlərin seçimlərini təxmin edib onları təsir edə biləcək alqoritmdə istifadə etdiyi ortaya çıxmışdı. “Facebook” qalmaqalının mərkəzində olan “Cambridge Analytica” şirkəti artıq bağlanır.
Facemark.az xəbər verir ki, “Facebook”dan verilən məlumata görə, şəxsi məlumatları icazəsiz istifadə edən “Cambridge Analytica”nın istintaqı davam edəcək.
“Cambridge Analytica”nın sözçüsü Clarence Mitchell isə yazılı açıqlamasında bildirib ki, son aylar şirkətə qarşı əsassız ittihamlar irəli sürülüb:
“Cambridge Analytica”nın işçiləri etik və qanunlar çərçivəsində hərəkət etdiyinə dair şübhəm yoxdur. Buna baxmayaraq, medianın bu məsələni qabartması şirkətin bütün müştəri və tədarükçülərinin də uzaqlaşmasına səbəb olub. Nəticədə belə qərar gəldik ki, şirkətin fəaliyyətini davam etməsi artıq mükün deyil”.
Açıqlamada, həmçinin qeyd edilib ki, şirkətə daxil olan “SCL Elections”da iflas mərhələsinə başlayıb.
Mənbə: DigitalAge.com