Xatırlayırsınızsa, sosial media nəhəngi “Facebook” məşhur sorğu şirkəti “Cambridge Analytica”ya informasiya sızdırmışdı. Bu isə böyük qalmaqala səbəb olmuşdu. O gündən bəri şirkətin başı bəladan xilas olmamışdı. Şirkətin CEO-su Mark Zuckerberg ABŞ senatorları qarşısında ifadə verməli olmuşdu.
Qalmaqal kompaniyanın səhmlərinin dəyərini aşağı salmışdı. Nəticədə şirkət yeni layihələr üzərində işləməyə başlamışdı. Axırda şirkət illik olaraq həyata keçirdiyi F8 konfransında bu yeniliklərini açıqlayıb.
“Facebook”dan şou kimi F8 konfransı
“Facebook” CEO-su Mark Zuckerbeg tərəfindən elan edilən yeniliklər ilə şou yaradan sosial media nəhəngi, açıqlamaları ilə birjada səhmlərinin dəyərini də artırdı. Bir-birindən önəmli və yeni funksiyalarını tanıdan şirkətin ən diqqət çəkən layihəsi isə keçmişin silinməsi funksiyası olub. Yeniliyə görə, “Facebook” istifadəçiləri istədikləri şəkildə keçmişlərini təmizləyərək, informasiyaları siləcəklər.
Mütəxəssislər düşünür ki, şirkətin bu qərarı qəbul etməsində tək səbəb “Cambridge Analytica” qalmaqalıdır. Bundan başqa, şirkətin maraqlı yenilik xəbəri isə “Tinderi” “kreslo”sundan salacaq, yeni tanışlıq tətbiqi “FaceDate” oldu. Şirkətin F8 konfransında elan etdiyi yeniliklər ilə bağlı sizin üçün bir qalareya yaratdıq.
- “Facebook” yeni tanışlıq tətbiqi üzərində çalışır;
- “Facebook”da keçmiş informasiyalarınızı təmizləyə biləcəksiniz;
- “Instagram”a görüntülü ünsiyyət gələcək;
- “Facebook” 3-cü tərəf tətbiqlərə qarşı siyasətini daha da sərtləşdirəcək;
- Virtual reallıq eynəkləri olan, “Oculus Go”nun bağlamasının bir qiyməti 199 dollar olacaq;
- Messengerdə birbaşa tərcümə xidməti reallaşacaq;
- Çox istifadə olunan “Spotify” kimi tətbiqlərdən direkt “Instagram” hekayəsi ata biləcəksiniz;
- “WhatsApp” əlavə edilən hekayə funksiyasından 450 milyon çox istifadəçi istifadə edir. “Facebook” “WhatsApp” haqqında bir çox yeniliklər də düşünür.
Konfransa baxmayanlar üçün link qoyuruq:
https://www.facebook.com/FacebookforDevelopers/videos/10155606814678553/
https://developers.facebook.com/videos







