“Facebook” daxilində tanışlıq tətbiqi yaradacaq.
Facemark.az xəbər verir ki, “Facebook” bu həmləsini açıqlamasından sonra, tanışlıq tətbiqi dedikdə, ağla ilk gələn “Match Group”a aid olan “Tinder”in birjada səhmlərinin dəyəri 17% aşağı düşüb.
Yeni funksiya vasitəsilə “Facebook” istifadəçiləri, mövcud profilləri ilə bağlı olan tanışlıq profili yarada biləcəklər. Bu funksiyadan istifadə olunub olunmaması istəyə bağlı olacaq.
Ən əsası isə, yaradılan profil istifadəçinin dostları tərəfindən görünməyəcək. Daha sonra “Facebook” alqoritmi istifadəçiyə potensial portnyor tövsiyələrini də axtarmağa başlayacaq.
“Facebook”un təsisçisi və CEO-su Mark Zuckerberg deyib ki, yeni funksiya müvəqqəti münasibətləri deyil, real və daha uzunömürlü münasibətləri həyata keçirəcək.
Zuckerberg, həmçinin əmin edib ki, tanışlıq tətbiqini sıfırdan yaratmışıq: “İstifadəçilərin şəxsi məlumatları tamamilə təhlükəsizlikdə olacaq”.
“Facebook”un “Instagram”ı aldıqdan sonra “Snapchat”ın bütün funksiyalarını adıçəkilən tətbiqə gətirmişdi. Şəbəkənin yeniliyi “Tinder”in də ən yaxşı halda populyarlığını azalda, ən pis versiyada isə sonunu gətirə bilər.
“Cambridge Analytica” qalmaqalından sonra (80 milyon nəfər istifadəçinin məlumatları ələ keçirilmişdi-red.) tanışılıq tətbiqinin yaradılması mövzusunda “Facebook”a güvənmək olarmı?

