Uzun zamandır “Facebook”a bəyənməmək düyməsi gələcəyi ilə bağlı şəhər əfsanələri dolaşır.


Facemark.az xəbər verir ki, yenilik nəhayət ki, həyata keçirilmək ərəfəsindədir.


Xüsusilə, saxta xəbərlər ilə başa çıxmağın yollarını axtaran “Facebook” rəhbərliyi yeni funksiyanı test etməyə başlayıb. Ancaq test edilən yeni funksiya hesabına, biz göndərilənləri deyil, təkcə şərhlərə səs verə biləcəyik.


Düzdür, hazırda şərhlərə fərqli reaksiyalar göstərmək mümkündür. Amma şərhlərə səs vermək, sanki vəziyyəti bir addım irəliləyə daşıyır. Üstəgəl, yeni funksiya populyar paylaşım platforması olan “reddit”in şərh sisteminə bənzəyir.


“Reddit”in şəriklərindən olan Alexis Ohanian, ötən gün “Facebook”un yeni funksiyası ilə bağlı “Twitter”də tvit paylaşıb. Tvitdə isə Alexis Ohanian deyib ki, “qürur duyduq”.