“Twitter”in reklam gəlirinin yarısından çoxu videodan gəlir”.


Facemark.az xəbər verir ki, bu sözləri “Mediapost”a maliyyə direktoru Ned Siqal deyib.


Siqal bildirib ki, 2018-ci ilin birinci rübündə “Twitter”in CPE-də (Bəzi ödənişli bannerlər adətən mikro sayt məntiqində işləyir. İstifadəçi hər-hansı başqa ünvana keçmədən bütün hərəkətləri reklam elanı çərçivəsində edə bilir-red.) 28%-lik azalma fonunda, şirkətin bunu kompensasiya etməsi üçün daha çox video göstərməsi lazım olacaq.


Kompaniyanın dərc etdiyi hesabata görə, şirkət 2018-ci ilin birinci rübündə reklamlardan gəlirləri 21% artaraq 575 milyon dollara çatıb. Ötən ilin yanvar-mart aylarında isə şirkət reklamlardan 437 milyon dollar qazanmışdı.


Dünyaca məşhur sosial platforma ötən ilin ilk rübündə 62 milyon dollar zərər etdiyini elan etmişdi. Cari ilin anoloji dövründə isə “Twitter”in xalis mənfəətinin ölçüsü isə 61 milyon dollara çatıb.


Şirkət hesabatında vurğulayır ki, sosial şəbəkədə aktiv istifadəçilərin sayı 336 milyon nəfərə çatıb. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 6 milyon nəfər daha çox aktiv istifadəçi deməkdir.


2018-ci ilin birinci rübündə şirkətin gəlirləri ötən ilin anoloji dövrü ilə müqayisədə 21,3% artaraq 665 milyon dollara yüksəlmişdi. Kompaniya 2017-ci ilin yanvar-mart aylarında kompaniya 548 milyon dollar gəlir əldə etmişdi.


Qeyd edək ki, “Twitter Inc.” 2006-cı ildə elmi-tədqiqat layihəsi kimi daxili istifadə üçün yaradılmışdı. Sosial şəbəkə kimi inkişafına isə 2007-ci ildən başlayıb.