2018-ci ilin birinci rübündə dünyanın ən böyük axtarış sistemi “Google”un gəlirləri 26,6 milyard dollara qədər artıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 21,4 milyard dollar təşkil edib.
Facemark.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc edilmiş hesabatda deyilib.
Reklam gəlirlərindən artım göstəricisi isə 19,6% (təxminən 20%) təşkil edib. Qeyd edilir ki, şirkətin ümumi gəliri 31,1 milyard dollara çatıb.
İllik baxımdan, bir klik üçün xərclərin 18% düşməsi vaxtı reklam üçün ödənişli transferlərin ümumi həcmi 55% artıb. Əlbəttə, mütləq rəqəmlər haqqında şirkətin hesabatında məlumat verilməyib.
Bundan başqa, “Alphabet”dən edilən açıqlamaya görə, şirkətin (yəni, “Alphabet”in öz gəlirləri – red.) ilin ilk rübündə gəlirləri, ötən illə müqayisədə 25,8% artaraq 31,15 milyard dollara çatıb. “Alphabet”in ötən ilin yanvar-mart ayında hesabatına görə, şirkət həmin dövrdə 24,75 milyard dollar qazanmışdı.
Hesabata görə, şirkətin xalis mənfəəti ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 73,1% artaraq 9,4 milyard dollara yüksəlib. “Alphabet” ötən ilin ilk rübündə 5,43 milyard dollar xalis mənfəət əldə etmişdi. Açıqlayama görə, firmanın səhm üzrə mənfəəti ötən ilin yanvar-mart aylarında 7,73 dollardan, bu ilin eyni aylarında 13,33 dollara yüksəlib.
Xatırladaq ki, “Alphabet Inc.” “Google” markasına aiddir. Dünyada ən böyük şirkətlərdən biridir. Bazar kapitalizasiyası üzrə lider olan şirkətlər sırasına daxildir.