Facemark.az bir zamanların ən yaxşı reklam posterlərini bir araya gətirib.
- “Beynəlxalq Amnistiya Təşkilatı”nın 2008-ci ilə aid gördüyünüz posteri Çində siyasi məhbusların azad edilməsinə diqqət çəkmək üçün hazırlanıb. Şəkildə tikanlı məftillər də 2008-ci ildə Çində təşkil edilmiş “Olimpiya Oyun”ları ilə bağlı olaraq, Olimpiya halqaları formasında təsvir edilib.
- SHS firmasının “Fight Sleep” adlı reklam seriyasının müxtəlif nümunələrində insanlar qoyunları döyür. Reklam posterində vurğulamaq istəyiblər ki, SHS-nin istehsal etdiyi yuxu əleyhinə dərmanlar sizi yuxu problemindən xilas edəcək. Reklam posterində qoyunlarda istifadə edilməsi isə “Yuxuya getmək üçün qoyunları sayın” ifadəsindən götürülüb.
- “McDonald`s”ın gördüyünüz reklam posterini oktyabrın 31-i “Halloween” bayramına diqqət çəkmək üçün hazırlanıb.
- Bir neçə il öncə elektrikli avtomobillər istehsal edən Volkswagen buraxdığı reklam posterində öz adında bir hərfi digər fərqlə əvəz etmişdi. Firmanın adının posterdə aşağıdakı kimi yazılmışdı. “Volkswagen”, yox “Voltswagen”. Şirkət reklam posteri ilə artıq elektrik mühərikli avomobillər istehsalına başladıqlarını göstərməyə çalışıb.
- SEIKO firmasının “Ağrılı da olsa, mütləq” sözləri yer alan reklam seriyasının müxtəlif nümunələrində insan əli və kaktus, tələ, köz təsvir edilib. Seriyada zəngli saatlar reklam edilib. Şirkət vurğulamaq istəyib ki, ağrılı olsa da, bizim saatlar sizi yuxudan oyadacaq.
- “Orion”un hazırladığı posterdə teleskopun keyfiyyətinə vurğulamaq istəyiblər. Birincidə göstərilir ki, teleskopun keyfiyyəti o qədər yaxşıdır ki, siz nəinki Ayı, Ayda yerə sancılan ABŞ bayrağı və onun harada istehsal edildiyini (Made in China) yazısını da görə bilərsiniz.
- “Tide” firmasının çıxardığı reklam posterlərindən birində bəbir, digərində isə dalmatin it cinsi təsvir edilib. Firma bununla göstərmək istəyib ki, “Tide” o qədər yaxşı yuyur ki, hətta bəbir və dalmatinin ləkələri də belə gedə bilər.







