İnternet-riteyler “Amazon” Android əməliyyat sistemləri üçün “Internet” adlı brauzerini buraxıb.


Facemark.az xəbər verir ki, bu barədə “The Verge” yazır.


Hazırda “Internet” adlı brauzer Hindistanda Android əməliyyat sistemləri üçün əlçatandır.


Rəsmi qaydada “Amazon” yeni brauzerin bazara buraxılması barəsində məlumat verməyib. Amma tətbiq mart ayından “Google Play”də yerləşdirilib.


Nəşr qeyd edir ki, “Amazon”un bu yeniliyi internetin keyfiyyətinin pis olduğu ölkələr üçün hazırlanmış tətbiqləri xatırladır. Məsələn, “Facebook Lite”, “YouTube Go”, “Gmail Go” kimi.


Qeyd edək ki, 16 apreldən etibarən Rusiyada “Amazon”un IP adresləri bloklanmağa başlayıb. Roskomnadzor elan edib ki, buna səbəb onlarda “Telegram”ın işləməsidir.