“Gmail”in yeni veb interfeys ilə yanaşı, artıq müddəti dola bilən e-mail (müddəti başa çatan e-maillər özü-özünə silinəcək) göndərilə biləcək.


Facemark.az xəbər verir ki, “Google” elan edib ki, “Gmail”in veb versiyasında ciddi yenilənmə olacaq və yeni interfeysdə material dizayn üstünlük təşkil edəcək.


Sadə və modern dizaynı ilə diqqətləri çəkən yenilənmənin ən maraq edilən funksiyası isə “Gizlilik Mode”dur. Bu yeni funksiya ilə istifadəçilər gizlilik mode-dan istifadə edərək e-mail göndərə biləcək.



Kompaniya bugünə qədər ancaq istifadəçilərə yalnız dizayn haqqında ipuçları verir. Dizayn ilə bağlı şirkətin paylaşdığı ekran görüntülərinə, əsasən demək olar ki, Gmailin vaxtı keçən e-mailləri ProtonMail-in eyni funksiyanı daşıyan e-maillərinə bənzəyir.


Hazırda test mərhələsində olan funksiya ilə göndərilən e-maillərin son istifadə tarixləri də müəyyən ediləcək. Funksiyadan başqa, e-maili açmadan öncə alıcıya, ona SMS ilə göndərilən giriş kodunu da soruşa bilərsiniz. Beləliklə, göndərdiyiniz e-maillərin alıcı xaricindəki şəxslər tərəfindən oxunmadığına əmin ola bilərsiniz.



Ekspertlər isə fikirləşir ki, “Google” koorporasiyasının hazırladığı yeni funksiya xüsusilə biznes dünyası üçün e-maillərin təhlükəsizliyi məsələsində ciddi bir artım olacağına işarə edir.