“Microsoft” Türkiyə bazarında 25 iliyi ilə bağlı reklam çarxı çəkdi. 1993-cü ildə Türkiyə bazarına daxil olan “Microsoft” 25 illik fəaliyyətlərindən danışan reklam çarxı hazırlayıb.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bütün sabahlar Türkiyənin, “Microsoft”la Texnologiya Hər kəsindir” (Yarınlar Türkiye’nin, Microsoft’la Teknoloji Herkesin) sloqanlı filmdə kompaniya 25 il müddətində ölkədə texnologiya sektorunda baş verən yeniliklərdən bəhs edir.


Bu müddət ərzində şirkət 280 min müəllimə texnologiya, 400 min nəfərə texnologiya sahəsi üzrə mütəxəssislik, 250 min nəfərə pulsuz onlayn proqram təminatı, ölkənin 78 əyalətində 160 min nəfərə kompüter dərsləri, 30 əyalətdə 20 min uşağa kodlaşdırma təhsili verib.


“Microsoft” Türkiyə yeni reklam çarxını “Kramp” reklam agentliyi, istehsalçı şirkət “Baran Baran” ilə birgə ərsəyə gətirib.