Rusiyanın Taqanski rayon məhkəməsi ölkə ərazisində Telegram messengerinin bloklanması haqqında qərar qəbul edib.


Facemark.az xəbər verir ki, Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) daha əvvəl məhkəməyə müaricət edərək, messengerin ölkə ərazisində bloklanmasını tələb etmişdi.


Xatırladaq ki, Rusiya mətbuatı yazırdı ki, apelin 13-də ölkə ərazisində adıçəkilən messenger bloklana bilər.


12 aprel, 14:18


Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsinə Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) Taqanski rayon məhkəməsindən xahiş edib ki, tənzimləyicinin iddiaları qəbul edildiyi təqdirdə, messenger dərhal ölkə ərazisində bloklanmalıdır.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə 12 Apreldə baş tutan hazırlıq iclasında deyilib.


Roskomnadzorun nümayəndəsinin sözlərinə görə, məhkəmənin işi informasiyanın yayılması ilə bağlıdır: “Telegram mesajların şifrələnməsinin açarlarının verməkdən imtina edir. Biz məhkəmədən xahiş etdik ki, iddia təmil edilməsə, qərarın icrası dərhal yerinə yerinə yetirilməlidir”. Müzakirə isə 13 apreldə nəzərdə tutulub. “Telegram”ın nümayəndələri hazırlıq iclasına qatılmayacaqlar.


Messengerin məhkəmənin qərarından narazı qaldığı təqdirdə, Apellyasiya məhkəməsinə iddia vermək hüququna malikdir. Bu halda ikinci instansiyada müzakirəyə qədər məhkəmənin qərarı icra edilməyəcək.


Xatırlatmaq yerinə düşər ki, aprelin 6-da Roskomnadzor “Telegram”ın ölkə ərazisində bloklanmasına dair məhkəməyə müraciət etmişdi. Rəsmi orqanın belə bir addım atmasına səbəb isə, istifadəçilərin yazışmalarının şifrə kodunu Federal Təhlükəsizlik Xidmətinə verməsi ilə bağlı tələbin aprelin 4-də sona çatması olmuşdu.