“Facebook” reklamlarından necə yayınmaq? olar bu sual üzərində düşünmüsünüzmü? Burda iki variant var. Ya hesabınızı silməlisiniz, ya da bunker (hərbidə sizi bomba və digər hücumlardan qorumaq üçün müdafiə sistemi, sığıncaq –red.) yaratmalısınız? “Cambridge Analytica” qalmaqalı göstərdi ki, əslində bütün bu sadaladıqlarımızı etmək üçün bir neçə il gecikmişik.


Çox sağ olsun sosial şəbəkələr ki, reklamverənlər məhz onlar vasitəsilə bizim haqqımızda hər şeyi bilirlər. Hətta onlar bizi bunkerdə də tapa biləcək və sizə dizaynınıza filan mebel uyğun gələcək deyə təklif də verəcəklər. Düzdür, adi istifadəçiyə sosial şəbəkələrin onlar haqqında nə qədər informasiyaya malik olduğunu bilmələri çətindir. Onlar bilmirlər ki, sosial şəbəkələrdə hədəf alqoritmi necə işləyir.


Məsələn, “Syracuse University”nin 2017-ci ilin əvvəlində dərc edilmiş tədqiqatının nəticələrinə görə, istifadəçilərin 2/3-i bilmir ki, üçüncü tərəf şirkətlər onlar haqqında informasiyalara sahibdirlər. Tədqiqatın nəticələrinə görə, istifadəçilər saytdan çıxdıqdan sonra belə, onların hərəkətləri izlənilməyə davam edir.


Məlumatların genişmiqyaslı itkisi, hiyləgər siyasi oyunlar şübhəsi, “Facebook”un baş verənlərə cavabı insanları daha ehtiyatlı olmağa məcbur etdi. Əslində, onlayn platformalarda reklamlar o qədər də təmiz deyildi.


Qalmaqalın iz buraxmadan keçəcəyinə inanmaq sadəlövhlük olardı. Məsələn, “Digiday”in sorğusuna, əsasən abunəçilərin əksəriyyəti əmindir ki, marketoloqlar onların infomasiyalarının toplanması strategiyalarında dəyişikliyə gedəcəklər. Uzun müddət reklam sənayesi birbaşa hədəf auditoriyaya çatmaq üçün məhdudlaşdırma cəhdləri nəticəsiz qalmışdı.


Elə bir fikir yarandı ki, saytlar insanlar haqqında heç kəsə zərər verməyəcək informasiyalar toplayır. Bütün bunlar Mantra (müqəddəs) kimi səslənirdi. Hazırda isə bu cür bəhanələr ilə insanları aldatmaq mümkün olmayacaq. Çünki zərər ortadadır. Deməli internet reklamının inkişaf etdiyi “Vəhşi Qərb”də dəyişikliyə getməyin vaxtı gəlib çatıb. Çətin ki, “walled gardens” divarları yox olacaq, amma təhlükəsizliyi gücləndirmək təklifləri tez-tez səslənir. 2018-ci ilin may ayında Avropa İttifaqı məlumatların müdafiəsi haqqında yeni akt qəbul edəcək. Çox güman ki, bu akt istifadəçi məlumatlarının toplanması və onlardan istifadə edilməsi sahəsində radikal dəyişiklik yaradacaq. İlk növbədə bu Avropa alıcılarına qarşılıqlı təsir etməyə və marketinq hədəflərində onların davranışlarını təhlil etməyə çalışan şirkətlərə təsir edəcək.


Qlobal qanun layihəsinin qəbulu müştəri və şirkətlər arasında məxfilik divarının hörülməsinə kömək olacaq. Bu isə biznesin şəffaflığının dəstəklənməsi deməkdir. Biznesdə istifadəçinin etibarından sui-istifadə edilməsi təhlükəlidir. Necə ki, bunu hər gün baş verən hadisələr əsasında şahidi oluruq. “Facebook”un təsisçisi Mark Zuckerberg artıq bu barədə istifadəçilərindən də üzr istədi. O, qeyd etdi ki, sosial şəbəkə istifadəçilərin məlumatlarının qorunması zamanı öz məsuliyyətini dərk etmədi və onların məlumatlarının qorunmasını təmin etməkdə çətinlik çəkdi. Kompaniya ABŞ hökuməti ilə birgə vəziyyəti aydınlaşdırmağa və səhvin düzəldilməsi istiqamətində addımlar atmağa hazırdırlar.


Siyasi seçkilər ərəfəsində müstəqil ekspertlər cəlb ediləcək. Onlar seçkilərə sosial şəbəkənin təsirinin səviyyəsini müəyyən edəcəklər. Daha əvvəl isə şirkət şəxşi araşdırmalara başladı, üçüncü tərəf tətbiqlərin informasiya toplanmasının qarşısını aldı. Portnyorların istifadəçilərin məlumatlarına əlçatanlığının qarşısı alındı. Yeni şərtlərdə isə marketoloq və reklamverənlərə lazım olacaq ki, onlar istifadəçilər haqqında informasiyaların toplanmasında yeni metodlar axtarsınlar. Yaxud da mövcud olan üsulları təkmilləşdirsinlər.


Çünki hədəf auditoriyası və reklamın effektivliyi arasındakı əlaqə hələ də ləğv edilməyib. Markaların sosial şəbəkələrin, influencerlərin və alternativ kommunikasiya kanallarının monitorinqi üçün vasitələrə gəldikdə “Brand24” xidmətinin proqnozunu misal göstərə bilərik. Digər tərəfdən platformaların təhlükəsizliyə söz verməsi üçün şirkətlərin özləri onları məcbur edirlər.


Məsələn, Procter & Gamble və Unilever onlayn platformaları hədələyir ki, onlar onlayn büdcəni azaldacaqlar. Şirkətlər əmin edir ki, bu proses onların özlərini təkmilləşdirməyəcəyi müddət ərzində davam edəcək. Ümid etmək qalır ki, “Facebook” timsalında baş verən “şok”lar bazara fayda verəcək. Kompaniyaların bazarda mövcudluğunun uzunmüddətli olması üçün xilasedici olacaq.


Mənbə: Sostav.ru