İnformasiya qalmaqalı 87 milyon “Facebook” şəbəkə istifadəçisinin məlumatlarının “Cambridge Analytica” adlı analtik şirkətinin əlinə keçməsindən sonra yaranmışdı. Adıçəkilən məlumatlardan ABŞ-ın hazırki prezidenti Donald Trampı iki il öncəki seçimlərdə dəstəkləmək üçün istifadə edildiyi ortaya çıxmışdı.
Facemark.az xəbər verir ki, sosial platformanın yaradıcısı və idarə heyətinin sədri Mark Zuckerberg istifadəçilərin məlumatlarının icazəsiz paylaşması qalmaqalından sonra ABŞ Konqresində ifadə verib.
Zuckerberg ifadəsində Londonda yerləşən “Cambridge Analytica” analtika firmasının 87 milyon “Facebook” istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və İngiltərədə kritik siyasi seçimlərə təsir etmək üçün icazəsiz istifadə etdiyinə dair iddiaları 44 nəfərdən ibarət ABŞ Senatoru qarşısında dəyərləndirib. Senatorların suallarına cavab verib.
Bütün dünyanın canlı izlədiyi konqresdə Zuckerberg, Senatorların suallarını cavablandırmamışdan öncə, istifadəçilərin məlumatlarının icazəsiz paylaşılmasına görə, şəxsi məsuliyyətini qəbul edib və üzr istəyib. O, həmçinin “Cambridge Analytica” qalmaqalının istifadəçi məlumatlarını qorumaqda uğursuz olduğunu da qəbul edib. O deyib ki, “Facebook”un böyük informasiyalara əlçatanlığı olan bütün tətbiqləri araşdırmaya başlayıblar.
Şirkətin CEO-su kompaniyanın kiber hücumlara qarşı tədbirli olduqlarını deyib, amma seçimlərlə əlaqəli xarici müdaxilələri müəyyən etməkdə gec qaldıqlarını qəbul etməli olub: “Başqa tərəfdən ABŞ seçkilərində Rusiyanın müdaxiləsini analiz edən özəl məsul hüquq müdafiəçisi ilə əməkdaşlıq edirik. İstifadəçi məlumatları toplayan tətbiqləri sildik. Həm tətbiqdən, həm də “Cambridge Analytica”dan informasiyaları silmələri üçün tələb etdik. Bizə isə sildiklərini dedilər. Onlara inanmaq doğrudan da xəta idi. Bu prosesi izləməli və yoxlamalı idik. Bu xətanı bir daha etməyəcəyik”.
Konqresdə Senator Feinsteinin ABŞ seçkiləri ərəfəsində xarici müdaxilənin qarşısını almaq üçün nələr ediləcək? sualına isə Zuckerberg belə cavab verib: “Bu prosesin önünə keçmək 2018-ci ilin şirkətin prioritetləri arasındadır. Bu şirkəti idarə edən zaman yaşadığım ən böyük peşmanlıqlardan birdir. 2016-cı ildə Rusiyanın informasiya əməliyyatlarını müəyyən etməkdə gecikdik”.
Daha sonra konqresdə təhlükəsizlik müzakirələri başlayıb. Senator Whip Durbin sözünə “Facebook” qurucusuna belə bir sual ünvanlamaqla başlayıb. “Hörmətli, Zuckerberg, dünən gecə qaldığınız otelin adını bizimlə paylaşa bilərsinizmi?”
Zuckerberg, gülərək “Xeyr” cavabını verib. Senator bu dəfə isə ondan keçən həftə kimlərə mesaj atdığı ilə bağlı suala cavab verməsini istəyib. Şəbəkənin idarə heyətinin sədri Mark Zuckerberg isə yenə “Xeyr” cavabını verib. Senator isə Markın bu inadkarlığından sonra deyib ki, “Məncə, hər şey bundan ibarətdir. Təhlükəsizlik haqqınızdır”, - cavabını verib.
Mənbə: digitalage.com, abc.net.au