Ötən şənbə günü “Nike China” yeni “Choose Go” adlı genişmiqyaslı kampaniyaya start verib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Marketing-interactive” məlumat yayıb.
Aksiya çərçivəsində Şanxay şəhərində yerləşən “Metro City”nin binasında hündürlüyü 50 metr olan nəhəng rəqəmsal qlobus yerləşdirilib. Qlobus yaxınlıqda yerləşdirilmiş qaçış yollarına birləşdirilib. Hər kəs bu aksiyaya qoşularaq qaçış edə bilib, nəticədə həmin şəxsin adı ekranda görünüb.
Həmin şəxs ekranda onun səylərinin Yer kürəsinin fırlanmasına necə kömək olduğunu izləyə bilib. Maraqlıdır ki, daha çox qaçış isə, Yer kürəsinin daha çox fırlanması anlamına gəlib.
Aksiya Çində milli miqyas səviyyəsində təşkil edilib. Aksiyaya həm televiziya, həm də internetdə onlayn baxmaq olub. Belə ki, cəmi 2 saat ərzində internetdə aksiyaya baxanların sayı 2 milyon nəfəri ötüb.
Reklam aksiyası “Wieden Kennedy Shanghai” agentliyi ilə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib.