Sosial mediada bir müddətdir ki, “GetContact” tətbiqi haqqında müzakirələr gedirdi. Adıçəkilən tətbiq vasitəsilə istifadəçilər başqalarının onları öz telefon kitabçalarına necə yazdığını görə bilirlər. “GetContact” da daxil olmaqla, 25 tətbiq üçün yoxlama başlanılıb. Başqalarının onların özlərinin telefon kitabçalarında necə yazıldığı ilə maraqlanan istifadəçilər, nömrənin yoxlanılması üçün tətbiqə maraq göstəriblər.


Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxslərin telefon nömrəsini və digər informasiyalarını toplayan mobil tətbiqlər və internet saytları şəxsi məlumatların qorunması istiqamətində şübhələri də yaradıb.


İnformasiya Texnologiyalar Qurumu milyonlarla insanın yüklədiyi və “Google Play” siyahısında birinci olan “GetConatct” ilə bir daha gündəmə gələn oxşar tətbiqlərlə bağlı yoxlamalara başlayıb.


25 proqramı araşdıran qurumun rəhbəri Fatih Sayan Hürriyetə deyib ki, istifadəçilərin razısı olmadan paylaşım edən proqramlara əlçatanlıq bloklanacaq.


“Google” və “Apple” ilə əlaqəyə keçdiklərini deyən Sayan, “Bu cür proqramlar, istifadəçilərin icazəsini aldıqdan sonra paylaşımlar edir. Əgər istifadəçilər açıq icazəsi varsa, qanuni olaraq ediləcək nəsə yoxdur. Proqramları araşdırırıq, əgər istifadəçilərin icazəsi olmadan paylaşım təsbit edilərsə, həmin proqramlara əlçatanlığı bloklayacağıq” deyib.


Son günlərdə sürətlə yayılan “GetContact” tətbiqini 10 milyona yaxın insan yükləyib. Bu cür proqramlar ilə bağlı 5 milyarda yaxın yoxlamalar aparılıb. “GetContact” tətbiqi sosial media istifadəçiləri arasında sürətlə populyarlaşıb. İstifadəçilər sosial mediada “telefon kitabçasında adım necə qeyd edilib?” deyərək sorğularının nəticələrini skrin edib paylaşırlar.