“Facebook” istifadəçilərə onlar haqqında yığılmış məlumatları silməyə icazə verəcək. Sosial şəbəkə şəxsi məlumatları idarə etməni daha sadə edən yenilənməni təqdim edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilib. Beləliklə, istifadəçilər şərh, layk, axtarışın tarix haqqında məlumatları silə biləcəklər.


Həmçinin, “Facebook” istifadəçilər haqqında məlumatların necə yığıldığı, istifadə edildiyi haqqında ətraflı yazmağa söz verib. Yeniliklər qaydaların şəffaflığını təmin etmək üçün edilir. Amma bu şirkətin prinsiplərini dəyişdirəcəyi anlamına gəlmir.


Qeyd edək ki, şəbəkənin 50 milyon nəfər istifadəçisinin məlumatları “Cambridge Analytica” şirkəti tərəfindən istifadə edilib. Bu qalmaqaldan sonra, bir çox reklamverənlər şəbəkədən reklamlarını geri çəkdilər, bəzi şirkətlər isə öz “Facebook” səhifələrini bağladılar.