Çikaqo kollecində təşkil edilmiş tədbirdə “Apple” rəsmi qaydada məktəb və tələbələrə istifadə edə biləcəyi iPad yeni planşet kompüterini təqdim edib.
Facemark.az Rusiya mətbuatında istinadən xəbər verir ki, yeni iPad A10 Fusion prossessoru, TouchID barmaq izlərinin tanınması skaneri və iki kamera ilə təchiz edilib.
Əsas kamera 8 megapiksel (Mp) ölçüsündə olacaq ki, bu da planşetdə 1080p-dən çox video yazı qeyd etməyə kömək olacaq. Ön tərəfdə isə ölçü 5 Mp olacaq. Bundan başqa, planşet artırılmış reallığın texnologiyasını dəstəkəyir. Qurğuya hər hansı Bluetooth-klaviaturanı qoşmaq olar. “Shared iPad” funksiyası ilə planşetdən bir neçə istifadəçi istifadə edə biləcək. “iCloud”da pulsuz yerin ölçüsü isə 5GB-dan 200 GB-yə qədər artırılıb. Qurğu 9,7 düym diaqonala və 2048×1536 piksellərə sahib olacaq ki, bu iPad-i almaq istəyən müştəriyə 329 dollara başa gələcək.
Ancaq ABŞ-ın təhsil müəssisələrində oxuyan tələbə, şagirdlər yeni məhsulu daha ucuz 299 dollara əldə edə biləcəklər. “Apple Pencil”ə sahib olmaq istəyənlər isə 99 dollarından imtina etməli olacaqlar. Bu isə “iPad” tarixində ən ucuz varaint hesab olunur.
Yeni iPad üç rəngdə boz, gümüşü, qızıl rənglərində satışa çıxarılacaq. Rusiyada isə bu məhsulu öncədən sifarişlə almaq olar. Adıçəkilən bazarda satışlar isə aprel ayının sonunda (329 dollara-red.) başlayacaq.
