“Mozilla Firefox” brauzerini hazırlayan “Mozilla” şirkəti məlumatların məxfiliyinə istinad edərək “Facebook” da reklam yerləşdirilməsini dayandırır.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
“Mozilla”nın icraçı direktoru Daniel Dikson deyib ki, şirkət “Facebook”da yenidən reklam yerləşdirilməsi imkanlarına o zaman baxa bilər ki, üçünçü tərəf tətbiqləri üçün gizlilik parametrlərini gücləndirəcək. Diksonun dediyinə görə, platformada reklamın yerləşdirilməsinin dayandırılmasında əsas səbəb şübhəsiz ki, bu il baş verən “Cambridge Analytica” (CA) qalmaqalına görədir:
“Bu xəbər bizi şəbəkənin gizlilik parametrlərinə yenidən nəzər salmağa məcbur etdi. Nəzərə alın ki, biz platformada reklam kampaniyalarını dollarla dəstəkləyirik. Hələ də öyrəniləcək çox şeyin olduğuna inansaq da, platformanın mövcud gizlilik parametrlərinin xüsusilə üçüncü bir tətbiqlər üçün hələ də əlçatandır”, - deyə icraçı direktor sözlərinə əlavə edib.
Məşhur şəbəkə ətrafında qalmaqal “This is your digital life” mobil əlavəsini hazırlamış Kembric universitetinin proffessoru Aleksandr Koqanın günahı ucabatından başlayıb. Nəticədə şəbəkənin milyonlarla istifadəçisinin şəxsi məlumatlarından istifadə edilib.