50 milyon Facebook istifadəçisinin informasiyalarının İngiltərənin “Cambridge Analytica” şirkətinin əlinə keçməsindən sonra, platforma aşağıdakı addımları atacaq.


Facemark.az xəbər verir ki, təsisçi Mark Zuckerbergin “Facebook”da edəcəyi dəyişiklər bunlardır:


- Platformaya ümumi baxış: 2014-cü ildə platformanı dəyişdirməmişdən öncə, böyük miqdarda informasiyaya əlçatanlığı olan bütün tətbiqləri araşdıracağıq. Şübhəli hesab etdiyimiz fəaliyyətlər göstərən hər tətbiq ilə bağlı əhatəli nəzarət həyata keçirəcəyik. Developerlərin şəxsi məlumatlardan istifadəyə dair hər-hansı hal ilə qarşılaşdığımız zaman onları platformadan bloklayacağıq.



- İnsanlardan mənfi məqsədlər üçün istifadəyə dair məlumatlandırmaq: İnformasiyaları mənfi yönümdə istifadə edilən və bundan zərər çəkən insanları məlumatlandıracağıq. Bu insanların “this is your digital life” vasitəsilə informasiyalarına əlçatan olub olmamasna dair yeni üsul inkişaf etdiriləcək. Yaxın gələcəkdə, istifadəçilərin şəxsi məlumatlarından mənfi məqsədlər üçün istifadə edən tətbiqləri bloklasaq, bu barədə həmin tətbiqdən istifadə edən hər kəsə məlumat verəcəyik.


- İstifadə edilməyən tətbiqlər üçün platformaya əlçatanlığı bağlamaq: Əgər bir nəfər belə tətbiqlərdən son üç ay ərzində istifadə etmirsə, o tətbiqin şəxsin məlumatlarına çatmasını bloklayacağıq.



- “Facebook” ilə Giriş məlumatlarının məhdudlaşdırılması: Platformaya girişi dəyişdirəcəyik. Beləliklə, bir sonrakı versiyada tətbiq incələnməsi (app review) lazım olmadan tətbiqin giriş tələb edəcəyi məlumatları sadəcə ad, profil rəsmi və e-mail adresini olaraq məhdudlaşdıracağıq. Bunun xaricində hər-hansı bir məlumatın tələb edilməsi yalnız bizim təsdiqimizdən sonra mümkün olacaq.



- İnsanları istifadə etdikləri tətbiqləri idarə etmək mövzusunda təşviq etmək: İnsanlara hesablarının hansı tətbiqlər ilə bağlı olduğunu və bu platformalara hansı məlumatlarından istifadə etmək icazə verildiyini kontrolunu hazırda insanlara göstəririk. Artıq bu seçimləri çox daha cəlbedici və asan idarə edilə bilən hala gətirəcəyik.


- Platforma ilə bağlı çatışmayanları tapanların mükafatlandırılması: “Facebook”un Bug Mükafat Proqramını daha da inkişaf etdirəcəyik. Proqramın inkişafı isə insanlar ilə əməkdaşlıq nəticəsində mümkün olacaq. Belə ki, istifadəçilər bizə informasiyalarından mənfi məqsədlər üçün istifadə edildiyinə dair xəbərdalıq etməlidirlər.



Mənbə: DigitalAge