50 milyon nəfərin “Facebook” profil məlumatlarının, həm ABŞ prezident seçkilərində, həm də Brexit referendumunda istifadə edilməsi xəbərinə dair platformanın təsisçisi Mark Zuckerberg ilk dəfə açıqlama verib.
Facemark.az xəbər verir ki, şəxsi “Facebook” hesabı üzərindən M.Zuckerberg səhv etdik deyib:
“Etdiyimiz səhv görə, istifadəçilərin informasiyaları analtik firması “Cambridge Analytica”nın (CA qalmaqalı) əlinə keçib. İnformasiyalarınızı qorumaq məsuliyyətimiz var. Əgər bunu etmiriksə, sizə də layiq deyilik. Nə baş verdiyini anlamaq və bu cür hadisənin təkrar baş verməsinin qarşısını almaq üçün nələr edə bilərik? Bu haqda düşünürdüm. Yaxşı xəbər onda ibarətdir ki, belə halların qarşısını almaq üçün lazımı addımlar illər öncə atılmışdı. Amma yenə də səhv etdik”.
CNN televiziyasına da danışan təsisçi deyib ki, baş verən qalmaqaldan dolayı çox məyusam: “Gizlilik tələb edən tətbiqlər üzərində sanksiya tətbiq edəcəyik. M.Zuckerberg, həmçinin bildirib ki, CA qalmaqalı ilə bağlı ABŞ Konqresində izahat verməkdən xoşbəxt olacağıq.
Təsisçi dünən axşam saatlarda platformanın gələcəyinə dair atacağı addımlardan da danışıb. O, deyib ki, yeni addımlar keçmişdə platformadan mənfi məqsədlər üçün istifadəyə dair qabaqlayıcı tədbirlər görməyi və daha güclü müdafiə həmlələri yaratmağı əhatə edir.
Qeyd edək ki, İngiltərənin analtika şirkəti Cambridge Analytica ABŞ-ın hazırkı prezidenti Donald Trampın seçki komandası və Brexit səsverməsini qazanaraq seçki kampaniyasını idarə edib. Şirkət milyonlarla “Facebook” hesabını ələ keçirib. Səsvermədə iştirak edəcək insanlara təsir etmək üçün platforma üçün alqoritma yazıb. Anlatik şirkətin “Facebook” istifadəçilərinin informasiyalarından istifadə edilməsinə dair yayılan xəbərlər platformanın səhmlərini dəyərdən salıb.
