“Samsung” yeni QLED televizorları istehsal edib.
Facemark.az xəbər verir ki, yeni məhsul alqoritmlər hesabına olduğu şəraitə uyğunlaşır və görünməz ola bilir.
Televizor divar ilə uyğunlaşan kimi geriyə sadəcə incə çərçivə qalır. Məhsul “Quantum” dot texnologiyası ilə bir milyarddan çox rəng tonunu özündə saxlayır. Əgər televizoru söndürmək fikrinə düşmüsünüzsə, televizordakı rənglər real həyatdakı rənglərə asanlıqla uyğunlaşır.
“Samsung” QLED televizorunun təqdimatı zamanı böyük siyah ekranın bezdirici olduğuna toxunur. Şirkət yeni məhsulun üstünlüklərinə fokuslanır.
Televizorun rənglərinin həqiqiliyini və şəraitə sürətli şəkildə adaptasiya olduğuna baxmaq üçün aşağıdakı videonu izləyə bilərsiniz. Siz nə düşünürsünüz? Evinizin dekorasiyasını dəyişdirəcək belə bir televizor almaq istərdinizmi?