“Google” 4 mart 2018-ci ilə qədər bütün istifadəçilər üçün korporativ messencer “Hangouts Chat”ı buraxacaq.
Facemark.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
“Google” “Hangouts”u iki xidmətə ayırıb: Chat və Meet. “Hangouts Meet” iştirakçı sayı çox olan (təxminən 30 nəfər) video konfransların keçirilməsi, “Hangouts Chat” isə adından da göründüyü kimi mesaj mübadiləsi üçün nəzərdə tutulub.
İl ərzində “Hangouts Chat” sadəcə beta vesiya mərhələsində qalırdı və ona giriş məhdudlaşdırılmışdı. Hazırda isə şirkət yeni xidməti hamı üçün əlçətan edir. “Google”, həmçinin süni intellektə də fokuslanacaq.
İstifadəçilər 25 bot (robot sözünün qısaldılmış forması-insan fəaliyyətini imitasiya edən proqramdır) ilə çatlarda işləyə biləcəklər. Bu isə sizə cədvəl təşkil etməyə, təqvimə inteqrasiya etməyə, sənədlərlə birgə işə nəzarət etməyə kömək olacaq. Məsələn, bot @Meet yığıncağın cədvəlinə əlavə edilir.
Şirkətdən isə güman edirlər ki, maşın təlimi alqoritmlərinin məşhur xidmət ilə inteqrasiya olunması ona rəqibləri üzərində əhəmiyyətli üstünlük qazandıracaq. Xidmət rəqib şirkətlər “Slack” və “Microsoft Teams” olduğu kimi şirkətin daxilində aktiv ediləcək.
Hazırda “Hangouts Chat” 28 dili dəstəkləyir və bir konfransda 8 minə yaxın iştirak edə bilər. Proqram şirkətlər üçün pulsuzdur, hansı ki, artıq “G Suite”dən istifadə edirlər. “Hangouts Chat” şirkətin başqa xidmətləri “Google Drive” “Docs”, “Sheets” birləşdirilib. “Hangouts Chat” istifadəsi iOS-da və Android-də, həmçinin veb-brauzer vasitəsilə əlçatandır.