Çoxlarına iki texnologiya nəhəngi “Apple” və “Samsung” arasında uzun zamandır ki, davam edən amansız rəqabət məlumdur.
Facemark.az xəbər verir ki, hər iki marka reklamlarla bir-birinə söz atmaqda davam edir.
“Samsung”un iki yeni modelinin “Mobil Dünya Konqres”ində təqdimatından bir-neçə gün sonra, “Apple” istehlakçıları “iPhone” üçün razılıq çalışmalarına yenidən böyük sürətlə davam etdiyini göstərən yeni reklam kampaniyası ilə qarşımızdadır.
“Apple” daha öncə bölünmüş ekranla Android və iOS dünyasını müqayisə edərək iOS-a keçməyin nə qədər asan olduğunu reklam spotları ilə istehlakçılara göstərmişdi. Yenə də, bənzər şəkildə “Sizin telefonunuz və Apple” reklam kampaniyası ilə qarşımıza çıxıb.
Marka bu dəfə yenə “Niyə telefonunuzu iPhone” ilə dəyişdirməlisiniz?” sualına cavabı dörd yeni reklam” spotu ilə cavab verib.
“Samsung Galaxy S9”un bazara çıxarılmasından dərhal sonra, reklam spotlarını yayımlayan marka, hər bir spotta “iPhone”un fərqli funksiyalarını ön plana çıxarır.
Təhlükəsiz, istifadəçi dəstəyi, kontent transferi, ətraf mühitin təhlükəsizliyi üzrə dost kimi mövzulara toxunan spotlarda iOS-un sektordakı üstünlükləri izah edilir.