“Twitter” istifadəçilərindən aldığı geri dönüşlər əsasında “Yer işarələr”i adlı yeni funksiyasını tətbiq etməyə başlayıb.


Facemark.az xəbər verir ki, yeni funksiya hesabına istifadəçilər “paylaş” düyməsi ilə birlikdə tvit “yer işarələr”inə daxil olacaq. Direk mesaj yolu ilə və ya “Twitter”in xaricində də paylaşmaq mümkün olacaq.


“Yer işarə”ləri necə işləyir?


Yeni funksiyadan faydalanmaq üçün tvitin altındakı paylaş düyməsinə basmağınız və tviti “yer işarə”lərinə əlavə etməyiniz lazımdır.


Daha sonra tviti tapmaq üçün profil düyməsinə toxunub, aşağıdakı seçimlər arasında yer alan “yer işarə”lərinə daxil olmalısınız. “Yer işarələr”ində istədiyiniz zaman tviti silə bilərsiniz. Nəyi yer işarətlərinə əlavə etdiyinizi isə yalnız siz görə bilərsiniz.


Yeni funksiya ilə insanlar platformanın ən yaxşı kontentlərindən xəbərdar olacaq. Canlı video olan tviti daha sonra izləyəbiləcəksiniz. Platformada paylaşılan hər-hansı filmi belə “yer işarə”ərinə əlavə edə, daha sonra rahat araşdıra biləriniz. Oxumaq və dostlarınızla paylaşmaq üçün maraqlı yazı linklərinin olduğu tvitləri “yer işarə”lərinə əlavə etmək mümkündür.