Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”un Mobil Dünya Konqresində təqdim edilən yeni flaqmanı “Galaxy S9” və “S9+” Türkiyənin onlayn alış-veriş platforması n11.com-da öncədən sifarişlə satışa çıxarılıb.
Facemark.az xəbər verir ki, ultra ağır çəkim modu ilə saniyədə 960 kadr çəkə bilən yeni flaqmanın S9 modelində tək kamera, S9+da isə çüt arxa kamerasındakı “bokeh” funksiyası şəkillərə əlavə dərinlik qazandırır.
Streo səs sisteminə sahib S9 ailəsinin alt və üstündə yer alan səs gücləndiricilər video, musiqi, kontetləri keyfiyyətli təqdim edir. Sonsuz ekran dizaynı istifadəçilərinə daha çox sahə qazandırır.
Qeyd edək ki, “Samsung Galaxy S9” və “S9+” 4599 (2066 manat-red.) və 5199 TL-yə (2336 manat-red.) n11.com–da öncədən sifarişlə satışa çıxarılıb.