Məşhur geyim markası “Dolce & Gabbana” “Milan Moda Həftə”si çərçivəsində 2018 payız/qış kolleksiyasına aid olan dəri çanta kolleksiyasını “drone”larla təqdim edib.


Facemark.az xəbər verir ki, yeni təqdimat texnologiya ilə modanın sözün əsl mənasında harmoniyasını ifadə edib.


Marka ənənəvi modellər yerinə, bu gün texnologiyanın ayrılmaz bir hissəsinə çevrilən “drone”larla təqdimat etməsi insanlarda da böyük marağa səbəb olub.



Texniki səbəblərdən dolayı “drone”ların təqdimatı təxminən 1 saat gecikib. Zalda oturan insanlardan isə “drone”ların uçuşuna mane olmasının qarşısını almaq üçün Wi-Fi-ın söndürülməsi tələbi irəli sürülüb. Şou başlayan zaman podyuma daxil olan “drone”ları görən ziyarətçilərin bəziləri həyəcandan qışqırmağa başlayıblar. Hər-hansı hadisənin olmaması üçün isə podyum kənarlarında iki nəfər təhlükəsizlik əməkdaşı cəlb edilib.