“Google” dünyanın 15 ölkəsində riteyler və maliyyə sahəsində məşhur olan 341 saytı araşdırıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, respondentlərin 34%-i düşünür ki, sayt rahat deyilsə, bu halda onu tərk edirlər.


Təxminən 53% istifadəçi isə qeyd edib ki, sayt 3 saniyədən çox yüklənirsə, onlar platformanı bağlayırlar.


İnformasiyanın axtarışı, yay məzuniyyəti üçün mehmanxanaların ən yaxşı təkliflərinin öyrənilməsi və ya yeni cüt ayaqqabının alınması zamanı həyəcan mobil saytların yavaş işinə görə tez-tez itir. İstehlakçılar rəqəmsal texnologiyalara qarşı daha çox tələbkar olurlar və burada mobil internet də istisna deyil. Rusların 61%-i internetə smartfonlar vasitəsilə daxil olur. Rusiyada riteyler sektorunda lider mobil saytlar “Litnes” 77%, “Bonprix” (DE) 73%, üçüncü pillədə “eBay” (UK) və “Wildberries” (71%), 70%-lə Lamoda tutub. Ən yaxşı axtarış sistemi isə “Vseinstrument”i də qeydə alınıb. 93%. Ən yaxşı dizayna sahib olan mobil platformalar isə DNS-shop və Ikea – 100% olub.




Maliyyə sektorunda lider mobil saytlar isə “Tinkoff Bank”(80%), RSHB (77%), “Promsvyazbank” (66%), “BinBank” (64%) və VTB24 (63%) qərarlaşıb.




Axtarış imkanlarına, həmçinin qeydiyyat və konversiya işlərinə görə ən yaxşı maliyyə platforması “Tinkoff” seçilib. RSB isə məhsulların mövcudluğuna görə 100% qiymətləndirilməyə layiq görülüb.


Ən yaxşı dizayna sahib olanlar isə “BinBank” və “Tinkoff” seçilib.