“Nokia” Android əməliyyat sistemini dəstəkləyən daha 4 yeni “ağıllı telefon”nunu təqdim edib. “Nokia 8 Sirocco”, “Nokia 7 Plus”, yeni “Nokia 6” və “Nokia 1”.
Facemark.az xəbər verir ki, “Nokia” markasına yeni Android əməliyyat sistemini dəstəkləyən, “ağıllı” telefonlardan başqa, ikonik “Nokia 8110” yenilənmiş versiyası nümayiş olunub. Yenilənmiş cihaz 4G-ni dəstəkləyir. “Google Assistant”, “Google Maps”, “Google Search”, “Facebook” ve “Twitter” kimi tətbiqləri asanlıqla yükləmək olur. 8110 sürüşkən qapağı ilə də diqqət çəkir.
Nokia 8 Sirocco: Bu günə qədərki ən gözəl “Nokia” “ağıllı” telefon!
“Nokia 8 Sirocco” “Nokia”nın “ağıllı” telefonların zəngin mirasından ilham alınaraq dizayn edilib. Cihaz zərif dizaynı, kompakt quruluşu incə sənətkarlıqla hazırlanıb. Cihaz köhnə ilə yeni innovasiyanın ideal qarışığıdır. Demək olar ki, “Nokia 8 Sirocco” bu günə qədərki ən gözəl “Nokia” ağıllı” telefonudur. Əyri şüşəni əhatə edən, diqqətlə hazırlanmış paslanmaz polad çərçivə, dayanıqlığı və gözəlliyi bir arada təklif edir.
Yalnız 2 mm qalınlığındakı kənarı ilə Nokia 8 Sirocco başdan ayağa 2K 5.5 inç pOLED ekranını əhata edən daha kiçik çərçivə və əyri gövdəsi ilə ultra kompakt hiss bəxş edir. Paslanmaz polad çərçivəsi, 6000 seriyalı aluminiumdan 2,5 qat daha güclü olan telefonda, gündəlik zərbələrdən zərər görülməsinin qarşısını almaq üçün 3D Corning Gorilla Glass 5 ilə təchiz edilib.
Cəvahirat ilə parıldadılan paslanmaz polad çərçivənin də təsiri ilə xəfif və tamamilə tarazlı quruluşu ilə istifadəçilərin əlində çox daha təhlükəsiz hissi yaradır. “Nokia 8 Sirocco” hədsiz həssas və geniş ana kameranı bir araya gətirən cüt arxa sensoru və ZEISS optik lensləri, zəif işıqda belə təsirli performans təklif edir. Pro Camera modu ilə istifadəçilər hər fotonu proffessionalın əlindən çıxmış hissi yaradan formada təqdim edə bilərlər.
Nokia 7 Plus: Hər kəs üçün ən üst səviyyəli qəhrəman
Möhtəşəm kontent yaratmaq istəyən istifadəçilər üçün istehsal edilən Nokia 7 Plus, ekranı, gücü, dizaynı, funksiyaları ilə “ağıllı” telefon bazarının həqiqi qəhrəmanına çevrilir. İnnovativ optik təchizatı, rəsm alqoritmi ilə Nokia 7 Plus hər anı həyatın özü olan fotoya çevirir. İnkişaf etdirilmiş cüt arxa sensora sahib ZEISS optik lenslər hədsiz həssas 12 MP geniş əsas kamera ilə, həm parlaq, həm də zəif işıqda mükəmməl performans təklif edir. 13 MP-lik kamera 2x optik yaxınlaşdırma ilə istənilən anların daha da yaxında olmasını təmin edir.
6 inçlik 18:9 Full HD+ ekran “Nokia 7”ni internetdə dolaşmaq, sosial mediadan istifadə, oyun, əyləncə üçün qüsursuz hala gətirərkən, ənənəvi 5.5 inç ekranlı cihazlar ilə müqayisədə, eyni genişlikdə daha çox kontent fürsəti təklif edir. “Nokia 7”ni Türkiyə bazarında 2899 TL (1302 manat-red.) ilə satışa çıxarılacaq.
Yeni Nokia 6: Mükafata layiq görülən telefon indi daha da yaxşıdır
Sələfinin əldə etdiyi uğuru davam etdirən “Nokia 6” daha güclü performans və yeni funksiyaları ilə daha kompakt və sağlam gövdədə bir araya gəlib. Mükafata layiq görülən sələfindən 60% daha sürətli olan ZEISS optik, USB-C sürətli şarj, daha kompakt ekran, gücləndirilmiş səs effektləri, ən son yenilənmiş Andorid Oreo funksiyaları ilə “Nokia” sevərlər ilə görüşəcək.
Zərərə dayanıqlı hala gətirilməsi üçün cihaz Corning Gorilla Glass ilə təchiz edilib. Cihaz kompakt və yenilənmiş gövdəyə sahibdir. Cihaza istifadəçilərin gün ərzində sürətli və problemsiz performans əldə edə bilməsi üçün Qualcomm Snapdragon 630 mobil platforması inteqrasiya edilib. Yeni “Nokia 6”nın Türkiyədəki bazar qiyməti 1699 lirə (763 manat-red.) olacağı gözlənilir.
Nokia 1: “Nokia”nın “ağıllı” telefon təcrübəsini sonuna qədər yaşayın
Texnologiyada cığır açan təchizatı ilə “Nokia” telefonundan gözlədiyimiz bütün “ağıllı” telefon tələblərini yerinə yetirən “Nokia 1” dizaynı ilə də diqqət çəkir. Telefon, 1GB və daha az RAM-a sahib telefonlar üçün optimize edilən Android Oreo™ (Go edition) əməliyyat sistemi ilə satışa çıxacaq.
Xəfif və sürətli cavab verən menyulara sahib Nokia 1 istifadə edərək Google Play™ Storedəki WhatsApp, Facebook, Instagram və ya mobil bankçılıq tətbiqlərini rahatlıqla yükləyə bilərsiniz. Həmçinin, Android Oreo™ (Go edition) üçün optimize edilmiş tətbiqləri də rahatlıqla istifadə edə bilərsiniz. Cihaz Türkiyə bazarında “Nokia” 6 kimi 1699 lirəyə, 763 manata satışa çıxarılacaq. Cihaz bir çox canlı rəng seçimləri ilə satışa çıxarılacaq. Korpus rənglərini istənilən an dəyişə bilərsiniz.
Orjinal dizayndan imtina etməyənlər üçün “Nokia 8110”
Əfsanəvi sürüşkən qapaq dizaynı ilə ağıllarda yer alan “Nokia 8110”, 4G-ni dəstəkləyəcək. “Ağıllı” telefondan gözlədiyiniz hər şeyi “Nokia”nın yenilənmiş 8110 modelində tapa biləcəksiniz. Cihaz dayanıqlı və təhlükəsiz quruluşa sahibdir. Qualcomm® 205 Mobile Platforma sahib olan telefon əfsanəvi ilan oyununu da yeniləyib. Səsi qarşı tərəfə daha dəqiq ötürmək üçün VoLTE texnologiyasından istifadə edilib. Yenilənmiş əfsanəvi Nokia modeli 8110 qonşu ölkə Türkiyədə 599 TL və ya 270 manata satışa çıxarılacaq.




