İspaniyanın Barselona şəhərində təşkil edilən “Mobile World Congress”dən (MWC) bir gün öncə rəsmi olaraq təqdim edilən “Samsung Galaxy S9” və “S9 Plus” modellər dizayn, funksiyaları ilə diqqət cəlb edir.


Facemark.az xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”un istehsalı olan yeni modellər martın 16-dan başlayaraq mağazalarda satışa çıxarılacaq.


64, 128, 256 GB seçimləri təklif edən “Galaxy S9”in qiyməti müvafiq olaraq 2335 manat, 2425 manat və 2560 manat olacaq. Rəsmi olaraq qeyd edilməsə də, bəzi əcnəbi mətbuatın yazdığına görə, ABŞ-da S9-un qiyməti 790 dollar, S9+-un qiyməti isə 915 dollar olacaq. “Galaxy S9”un 64 GB modelinin Türkiyə bazarında 4599 lirə (2065 manat –red.) olacağı gözlənilir. Öncədən sifarişlər isə bu gündən başlayır.



“Samsung” şirkəti “Galaxy S9” və “S9+”u almaq istəyən müştərilər üçün bir sıra kampaniyaya imza atacaq. Belə ki, müştərilər köhnə telefonlarını gətirərək, yeni S9 modelini 400 TL-yə (180 manat-red.) qədər endirimlə əldə edə biləcəklər.



Şirkət, həmçinin yeni “Galaxy S9” modelinə sahib olmaq istəyənlərə satış nöqtələrində maliyyə dəstəyi ilə də təmin edəcək. İstifadəçilər istər mağazalarda, istərsə də, onlayn platformalarda edəcəkləri istehlakçı kreditləri ilə “Galaxy S9” ala biləcəklər. Bununla telefonu kredit kartından istifadə etmədən taksitlə almaq da mümkün olacaq.



Funksiyaları:



- Telefonların hər ikisində naqilsiz şarj dəstəyi mövcudur;



- Hər iki cihaz toz və suya qarşı davamlıdır;



- S9 modelində ekran parlaqlığı daha da artırılıb, bununla daha canlı görüntülər əldə etmək mümkün olacaq;



- Rəqəmsal assistan “Bixby” artıq canlı tərcümə xidməti də təklif edəcək. “Google Translate”də olduğu kimi kameranı mətnin üzərinə tutduqda, yazı başqa bir dilə avtomatik tərcümə ediləcək.



- “Bixby” funksiyasına sahib olan “Samsung”un yeni modellərini isə təkcə, ABŞ, Kanada, Çin, Koreya bazarında satışa çıxarılacaq. “Google ARCore”ni dəstəkləyən “Bixby”, platforma ilə daha çox funksiya təklif edəcək.



- Asta video çəkilisi üçün “Super Slow Mo” moduna keçməyiniz və çəkilişi normal bir şəkildə qeydə almağınız kifayət olacaq. “S9” və “S9+”da olan bu funksiyanın fərqli cəhəti odur ki, siz videonu tərsinə də izləyə biləcəksiniz.



- “Samsung Galaxy”nin yeni modellərində ən yüksək səs gücləndiricilərindən istifadə edilib. Səs gücləndiricilərdə AKG və Dolby (Atmos sertifikatı) imzası var.