Dünya miqyasında “ağıllı” telefon satışları son 10 ildə ilk dəfə enib.
Facemark.az xəbər verir ki, “Gartner” tərəfindən aparılan bazar araşdırmasına görə, dünya miqyasında “ağıllı” telefon satışları 2017-ci ilin son rübündə 5,6% enib. Beləliklə, satışlar son 10 ildə ilk dəfə aşağı düşüb.
Təkcə, “Huawei” satışlarını artırıb
İlk beşlikdə yer alan (“Apple”, “Samsung”, “Huawei”, “Oppo”, “Vivo”-red.) markalardan satışlarını artıranlar isə sadəcə Çin istehsalı olan “Huawei” olub. “Huawei”in satışları 2016-cı ilin eyni dövrü ilə müqayisədə 7,6% artım göstərib. “Xiaomi”nin satışları isə 79% artıb.
2017-ci ilin son rübündə “Samsung” qlobal satışlardakı liderliyini qoruyub. “Samsung”un satışları 3,6%, “Apple”in satışları isə 5% aşağı düşüb. Nəticədə, “Samsung”un bazar payı daha da yüksəlib. Ümumilikdə, 2017-ci ildə “ağıllı” telefon satışları 2016-cı illə müqayisədə 2,7% artaraq 1,5 milyard ədədə çatıb.