Mesajlaşma xidməti “WhatsApp” beta versiyasına “Add group description” (qrup açıqlaması əlavə et) yeniliyini əlavə edib.
Facemark.az xəbər verir ki, yenilik hələlik xidmətin Android ve Windows versiyalarında işlək olacaq.
Yeniliyə əsasən, yeni funksiya hesabına istifadəçilər söhbət qruplarına, onları izah edən 500 xarakter ilə limitlənən açıqlama mətni yaza biləcəklər.
Bu açıqlama mətni qrupun bütün üzvləri tərəfindən görüləcək. Mətnə qrupun bütün üzvləri dəyişiklik edə biləcəklər.
Amma qeyd olunur ki, yaxın gələcəkdə mətnə dəyişiklik səlahiyyəti yalnız adminə məxsus olacaq. Açıq və üzv sayı çox olan qruplarda açıqlama mətnin əlavə edilməsi gözlənilən yeni funksiyanın İOS versiyasına da gələcəyi təxmin edilir.